İDMAN


Güləş üzrə dünya çempionatının son günündə qızıl medal şansı

Bakı, 18 avqust, AZƏRTAC

Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, avqustun 18-də yunan-Roma güləşçiləri mübarizəni davam etdirirlər. Təmsilçimiz Ülvi Qənizadə (72 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq. Güləşçimiz finala qədər Ermənistan güləşçisi Samvel Qriqoryana 5:2, Macarıstan idmançısı Gergeli Baka 9:0, iranlı pəhləvan Məhəmmədrza Mahmud Rüstəmiyə 2:1, Türkiyə güləşçisi İsmayıl Gündənə 4:1 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Sergey Stepanov olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.