Gürcüstanda pirotexniki vasitələrlə ehtiyatsız davranan bir neçə uşaq əl barmaqlarını itirib
Tbilisi, 1 yanvar, AZƏRTAC
Gürcüstanda pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində onlarla insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, ən çox yaralı paytaxt Tbilisidə qeydə alınıb. Yeni il gecəsində 12 nəfər paytaxt sakini pirotexniki vasitələrdən ehtiyatsız istifadə etdiyi üçün xəstəxanaya çatdırılıb. Əsasən 6 yaşdan 14 yaşadək olan uşaqların bəzilərinin əl barmaqları kəsilib, bəzilərinin əl sümükləri sınıb, bəzilərinin isə bədənlərinin müxtəlif hissələri yanıb.
Batumidə, Kutaisidə və Rustavidə ümumilikdə 20-dən çox uşaq pirotexniki vasitədən ehtiyatsız istifadə nəticəsində yaralanıb. Onların da bəzilərinin barmaqları kəsilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktlarla bağlı araşdırmaya başlayıb. Yaxın günlərdə ölkədə pirotexniki vasitələrin açıq satışının qadağan ediləcəyi gözlənilir. Nazirlik artıq bununla bağlı qərar layihəsi hazırlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [13:50]
Yunanıstan adalarında turizmə məhdudiyyətlər tətbiq olunacaq
- 15.05.2026 [12:44]
Qazaxıstan və Özbəkistan liderləri Türküstanda yeni məscidi ziyarət ediblər
- 15.05.2026 [12:18]
Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb
- 15.05.2026 [12:14]
Mayın 15-i Beynəlxalq Ailə Günüdür
- 15.05.2026 [11:32]
Media: Latviya və Litva Hörmüz boğazındakı missiyada iştiraka hazırdır
- 15.05.2026 [11:26]
ABŞ Prezidentinin Çinə səfəri başa çatıb
- 15.05.2026 [11:15]
Hücuma məruz qalan Kiyevdə axtarış-xilasetmə işləri başa çatıb
- 15.05.2026 [10:58]