Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev Mərkəzində “zefer.az” saytının təqdimat mərasimi keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş zefer.az saytının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə “zefer.az” saytına həsr olunmuş videoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “memorial.az” saytının yaradıldığını bildirib. O, Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan “zəfər.az” saytının ideya və məqsədlərindən danışıb.

Saytın loqosunun üç elementi əhatə etdiyini bildirən Səadət Yusifova onların birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini deyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsi, vahid ideya, amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası təkcə Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılması, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir.

Səadət Yusifova qeyd edib ki, Zəfər - qalib ölkənin və xalqın yeni matrisasının, ideoloji bazisinin təməl daşı olmaqla, xalqımız və dövlətimiz qarşısında yeni hədəflər qoyur. Eyni zamanda, Azərbaycanın iqtisadi, texnoloji, hərbi, siyasi, mənəvi, diplomatik, informasiya gücünü bütün dünyaya nümayiş etdirir. Bu Qələbə münaqişəyə son qoyaraq yeni reallıq yaratmaqla yanaşı, həm də bütövlükdə regionumuzda sülh, təhlükəsizlik, əmin-amanlıq, əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər açır. Zəfərimizi, əslində, XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsi, formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləri hesab etmək olar.

“Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını şaxələndirməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoiqtisadi xəritəsini dəyişəcək. Bu fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir. Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, sadəcə, dünya nizamına yazılmaq deyil, dünya qaydalarını yazmaq imkanlarına əlçatanlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək”, - deyə Prezident Administrasiyasının şöbə müdirinin müavini söyləyib.

Azərbaycan xalqının yazdığı bu Zəfər salnaməsini tarixin heç vaxt unutmayacağını vurğulayan S.Yusifova bildirib ki, bizim üzərimizə düşən missiya bu salnaməni yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif edilmədən dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan “Zəfər” portalının missiyası məhz buna hədəflənib.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, dünyanın ictimai-siyasi, hərbi-təhlükəsizlik həyatında daşıdığı əhəmiyyətə və uzun əsrlər boyu iki xalq arasında gedən qanlı müharibələr tarixində bənzərsiz dönüş nöqtəsi olduğuna görə 44 günlük müharibə XXI əsrin ən böyük hadisəsidir. 2020-ci il noyabrın 10-dan ötən hər gün Azərbaycan xalqının qazandığı Qələbənin əzəmətini göstərir. İndi dünya xalqları arasında həm genetik, həm informativ, həm də mədəni mübadilə gedir, bütün dünya bir-birindən nəyisə öyrənir. Lakin azadlığı, evi, ocağı uğrunda əsrlərlə vuruşub, nəhayət 2020-ci il noyabrın 10-da qalib gələn bir millətin Zəfərə gedən yolu dünya millətləri tərəfindən mütləq öyrəniləcəkdir. Necə oldu ki, yüz minlərlə valideyn, on minlərlə oğul, onlarla xalqın nümayəndəsi tək bir məqsəd naminə özlərini qurban verdilər? Məhz bu xarakteri dünya xalqları azərbaycanlılardan əxz edə bilər. Bundan sonra Azərbaycan həmişə Şuşanı geri qaytaran parlaq hərbi əməliyyatla tanınacaq.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra formalaşmaqda olan yeni regional arxitektura, xüsusilə erməni-türk düşmənçiliyinin aradan qalxması üçün prosesin başlanması, Azərbaycanın Naxçıvanla coğrafi birliyinin perspektivi də məhz hərbi Qələbənin nəticəsidir. Artıq hamı yeni reallığı dərk edir. Dünyada və keçmiş sovet məkanında hər gün artan təhlükəsizlik riskləri fonunda Cənubi Qafqazın təhlükəsiz gələcəyini formalaşdıran Lider İlham Əliyevdir. Ona görə Şuşa hər yerdə əzilən, işğala məruz qalan xalqlar üçün inam simvoludur. Bakı təkcə bir ölkənin deyil, regionun və beynəlxalq siyasətin paytaxtıdır.

Daha sonra “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova “zefer.az” saytını təqdim edib. Qeyd edib ki, saytın ideyası və konsepsiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölmə, 62 alt-bölmə üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir, həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. Sayt ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və Böyük Qayıdışla bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.

Tədbirdə çıxış edən Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə müharibənin itkisiz, ağrısız, zəhmətsiz olmadığını bildirərək deyib: “44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərib, işinə, xidmətə məsuliyyətlə yanaşıb və vicdanla çalışıbar. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, Ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin və onun ətrafında sıx birləşdiyinin şahidi oldu”.

Qeyd edək ki, təqdimatın keçirilməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Medianın İnkişafı Agentliyi tərəfindən dəstək verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur