CƏMİYYƏT


III Robot Olimpiadasında iştirak etmək üçün son qeydiyyat tarixi müəyyənləşib

Bakı, 21 may, AZƏRTAC

İyunun 4-də Bakıda “İNNOFEST” çərçivəsində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadası keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlar dörd kateqoriya üzrə təşkil olunacaq. Yekunda qalib komandalar 2019-cu il noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

Azərbaycanda III Robot Olimpiadasında iştirak etmək istəyən yeniyetmə və gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. https://docs.google.com/forms/d/1karDqnHDZrZn1kTFg5wcD9KIMVLDmN6S6odbcECODnU/edit?fbclid=IwAR195MqGvF_-JnMDOP85F5MM8Z1UxizgYyh_1kiYJoVnvDwYJFWOkb5KOoI

Qeydiyyat üçün son tarix mayın 25-dir.

Olimpiada ilə bağlı yeniliklərlə www.wro-azerbaijan.az veb saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də, artıq bu say 70-i ötüb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.