İDMAN


İdmançımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.