Azərbaycan Dövlət İnformasiya Agentliyi

İordaniyada Zəfər Günü münasibətilə tədbir və Şuşa haqqında kitabın təqdimatı keçirilib

Qahirə, 6 noyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, “Şuşa İli”, eləcə də 8 Noyabr - Zəfər Günü ilə əlaqədar İordaniya Haşimilər Krallığının Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzində geniş tədbir və “Şuşa - Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” adlı kitabın Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanmış ərəb versiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin baş direktoru Cavad əl-Həməd və aparıcı mütəxəssisləri, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev və kitabın müəllifi, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov, habelə İordaniyanın siyasi, ictimai və hərbi xadimləri, aparıcı informasiya resurslarının nümayəndələri, tarixçi Ömər əl-Armuti iştirak ediblər.

Səfir Eldar Səlimov çıxış edərək 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən söz açıb, bu şanlı Qələbəyə aparan məşəqqətli siyasi və diplomatik yollardan geniş bəhs edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuzun tarixi missiyasını yerinə yetirərək təxminən üç onillik ərzində erməni tapdağı altında olmuş Qarabağımızı işğaldan azad etdiyini vurğulayıb. O, həmçinin bu gün Azərbaycanın Ermənistanla əlaqələrin normallaşması üçün irəli sürdüyü 5 prinsip barədə məlumat verib, dövlətimizin hər zaman konstruktivliyə üstünlük verdiyini, Cənubi Qafqaz regionunda sülhə, sabitliyə, əmin-amanlığa və regional inkişafa can atdığını diqqətə çatdırıb. Diplomat çıxışında azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng layihələrə, yenidənqurma və bərpa işlərindən də danışıb.

Təqdimatı keçirilən kitab haqqında məlumat verən səfir bildirib ki, bu nəşr Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin tarixi, memarlıq inciləri, Azərbaycanın bu şəhərdə doğulmuş, yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı, şəhərin işğal dövrü ilə bağlı materialları əhatə edir. E.Səlimov deyib ki, təkzibolunmaz tarixi faktlara və sübutlara söykənən bu müstəsna tarixi əsər ərəb oxucular üçün çox faydalı olacaq.

Tədbirdə çıxış edən S.Fətəliyev ölkəmizin tarixi və mədəniyyətində xüsusi yerə malik, Azərbaycan xalqı üçün müqəddəs məkan olan Şuşa şəhərinin məhz 2020-ci il noyabrın 8-də Ermənistanın işğalından azad edildiyini və tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edib. Erməni işğalının nəticələri və fəsadlarından bəhs edən natiq vurğulayıb ki, Azərbaycanın mədəniyyət paytaxtı olan, "Şərqin konservatoriyası” adlanan, 2001-ci ildən UNESCO-nun İrs Siyahısında yer alan, bir sıra görkəmli xadimlərin vətəni - qədim Şuşa şəhəri də erməni işğalı nəticəsində böyük dağıntılara məruz qalıb.

Baş katib “Şuşa İli” çərçivəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən ölkə daxilində və xaricində bir sıra layihələrin həyata keçirildiyi barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədovun müəllifi olduğu “Şuşa - Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının da məhz bu layihələrdən biri olduğunu bildirib.

S.Fətəliyev dünyada multikulturalizmin, tolerantlığın və dini dözümlülüyün məkanı kimi tanınan Azərbaycanın UNESCO ilə əməkdaşlıq əlaqələrinə toxunub, bu mötəbər təşkilatın İcraiyyə Şurasının 215-ci sessiyasının gündəliyinə təqdim edilən “Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihəsinin yekdilliklə qəbul edildiyini qeyd edərək, buna dəstək olan bütün ölkələrə bir daha minnətdarlıq ifadə edib.

Professor E.Əhmədov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbədən söz açıb, müəllifi olduğu kitabın məzmunu haqqında məlumat verib. O, kitabda Şuşa şəhərinin tarixinə aid bütün məsələlərin faktlarla öz əksini tapdığını bildirib. İştirakçıların diqqətinə çatdırılıb ki, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və şəhərdə mədəni soyqırımı siyasətini, xüsusən tarixi-memarlıq abidələrimizin, məscidlərimizin erməni vandalizminə məruz qalması fotoşəkillərlə təqdim edilib.

Sonra Mərkəzin baş direktoru C.Əl-Həməd, tarixçi Ö.Əl-Armuti, “əl-Oruba” elektron xəbər agentliyinin direktoru Sultan əl-Həttab, bu ilin oktyabrında azad edilmiş torpaqlarımıza səfər etmiş rəsmi “əl-Ğad” və “əl-Ənbat” qəzetlərinin jurnalistləri Nemət əl-Xora və İman əl-Fəris, habelə İordaniya Birləşmiş Qərargahlar Komitəsinin sabiq sədr müavini Qasid Məhəmməd, İordaniya Universitetinin siyasi elmlər doktoru, professor Nizam Bərəkət çıxış ediblər. Onlar Azərbaycan dövləti və xalqını Zəfər Günü münasibətilə təbrik edərək, bu Qələbənin torpaqları işğal altında olan xalqlar üçün xüsusi örnək olduğunu dilə gətirib, dost ölkəmizə və xalqımıza davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Rəsmi qəzetlərin jurnalistləri səfər zamanı şahidi olduqları erməni vandalizmi və vəhşiliyinin fəsadları barədə acı təəssüratlarını bölüşərək, erməni işğalçılarının Azərbaycan torpaqlarının kimliyini hər bir vəchlə dəyişməyə can atdığını, orada həyata keçirilən bərpa-quruculuq işlərinin qarşısında duran ən başlıca maneənin minalar olduğunu, Ermənistanın təqdim etdiyi mina xəritələrinin reallığı əks etdirmədiyini vurğulayıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH