Kevin Prins-Boatenq “Barselona”ya keçməyə yaxındır
Bakı, 21 yanvar, Nicat Məmmədov, AZƏRTAC
İtaliyanın “Sassuolo” klubunun yarımmüdafiəçisi Kevin Prins-Boatenq yaxın günlərdə “Barselona”ya keçə bilər.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın ən tanınmış transfer analitiki Janluka Di Marcio öz şəxsi “Twitter” hesabında bildirib.
“Barselona”nın rəhbərliyi Kevin Prins-Boatenqi 2 milyon avro müqabilində mövsümün sonunadək icarəyə götürmək istəyir. Həmçinin Janluka Di Marcio klublar arasında şifahi razılığın əldə olunduğunu bildirib.
Qeyd edək ki, futbolçu “Milan”, “Herta”, “Tottenhem”, “Borussiya Dortmund”, “Las-Palmas” və “Ayntraxt” klublarında çıxış edib. Qanalı futbolçu “Sassuolo”nun heyətində cari mövsümdə 13 oyunda meydana çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [21:51]
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
- 11.05.2026 [21:48]
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
- 11.05.2026 [20:22]
Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 11.05.2026 [17:18]
Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir
- 11.05.2026 [16:53]
Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal
- 11.05.2026 [14:18]