“LUKoil” gələn aydan İrandakı “Al-Teymir” layihəsindəki işlərini dayandıracaq
Tehran, 13 oktyabr, AZƏRTAC
Rusiyanın “LUKoil” şirkəti noyabrın 4-dən etibarən İrandakı “Al-Teymir” layihəsindəki işlərini dayandıracaq.
AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov deyib.
V.Ələkbərov daha əvvəl “LUKoil”un İrandan neft almayacağını bəyan edib. O, ABŞ-ın İrana qarşı sanksiyalarını və “LUKoil”un beynəlxalq şirkət olduğunu əsas gətirərək risk etmək istəmədiklərini bildirib. Onun sözlərinə görə, İranda işlərin davam etdirilməsi şirkətə baha başa gələ bilər.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları bərpa etdikdən sonra Fransanın “Total”, Norveçin “Equinor” şirkətləri də bu ölkədəki layihələrindən imtina ediblər. “Equinor” şirkəti sanksiyalarla əlaqədar İranda 40 milyon dollar itirdiyini bəyan edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]