ELM VƏ TƏHSİL


“Maarifçi” Tələbə Kredit Fondu 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb

Bakı, 4 yanvar, AZƏRTAC

2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Eyni zamanda bildirilib ki, hazırda ümumilikdə 535 azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.

2018-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.