Magistraturaya sənəd qəbulu davam edir
Bakı, 7 fevral, AZƏRTAC
Magistraturaya sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 1-dən başlayıb və fevralın 10-u saat 23:59-dək davam edəcək.
Fevralın 7-si saat 09:00-a olan məlumata əsasən, 7794 bakalavr ərizəsini təsdiqləyib (Azərbaycan bölməsi - 7097; rus bölməsi - 697).
Sənəd qəbulunda iştirak etmək istəyənlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği oradakı hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları epayment.dim.gov.az internet səhifəsində verilib.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
İmtahan 2022-ci il fevralın 20-də keçiriləcək.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]