SİYASƏT


Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

Manisa, 30 dekabr, AZƏRTAC

Türkiyənin Manisa şəhərində Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin şəhidlərinin xatirəsinin anılması, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Daşdəmir çıxış edib.

Dərnək sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan və Türkiyə vətəndaşlarının birgə iştirakı iki dövlətin sarsılmaz birliyindən xəbər verir.

Yalçın Daşdəmir tədbirin təşkilində göstərdiyi dəstəyə görə Manisa şəhər Şahzadələr və Yunus Əmrə bələdiyyələrinin sədrləri Faruk Çelik və Mehmet Çerçiyə minnətdarlığını ifadə edib.

Bildirilib ki, Faruk Çelik və Mehmet Çerçi Manisada Azərbaycan dərnəyinin fəaliyyətinə hər zaman dəstək olublar.

Sonra hər iki bələdiyyə sədrlərinin təbrik məktubları oxunub.

Dərnəyin üzvü Tərlan Akarçay iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə məlumat verib.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.