İQTİSADİYYAT


“Masdar” şirkətinin 2026-2033-cü illərdə Azərbaycanda görəcəyi işlər açıqlanıb

Bakı, 17 mart, AZƏRTAC

“Masdar” şirkəti Azərbaycanda 2026-cı ilədək quruda 1 qiqavat gücə malik külək enerjisi layihəsini, 2033-cü ilədək dənizdə 2 qiqavat gücə malik külək enerjisi və yaşıl hidrogen layihəsini reallaşdırmağı, habelə 2037-ci ilədək sahildə günəş enerjisi, külək və dəniz küləyindən istifadənin daha da genişləndirilməsini planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Masdar Azerbaijan”ın direktoru Murad Sadıqov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" adlı seminarda bildirib.

O vurğulayıb ki, 2022-ci ildə “Masdar” şirkəti və Energetika Nazirliyi bərpaolunan enerji mənbələri üzrə inkişaf və investisiyalar haqqında saziş imzalayıblar: “Həmçinin 2022-ci ildə tərəflər dəniz sahilində külək enerjisi üzrə bir sıra layihələri və yaşıl hidrogen istehsalını əhatə edən reallaşdırma haqqında saziş imzalayıblar”.

“Bizim “yaşıl enerji” ilə bağlı gündəliyimiz var. Bu gündəlikdəki məsələlər və hədəflərimiz Azərbaycanın strateji xətti ilə üst-üstə düşür. Bu məsələlər əsasən neft-qaz sektorunun dekarbonizasiyası, mövcud infrastrukturun yaxşılaşdırılması və neft-qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, yüksək karbon tullantılarının azaldılması, yerli şirkətlər üçün yeni iş yerlərinin açılması, yeni təchizat zəncirinin təşkili və "yaşıl enerji"nin inkişafına töhfə verməklə bağlıdır”,- deyə M.Sadıqov bildirib.

O, həmçinin qeyd edib ki, “Masdar” şirkətinin Azərbaycanda inşa etdiyi Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsi gələn ilin əvvəlində yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.