Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

Bakı, 30 sentyabr, AZƏRTAC

Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında qəbul olunan Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin başlanmasından 1 il keçir. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın əsarətdən azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiyalar silsiləsinə son qoymuş və onun tarixində yeni dövr açmışdır.

Məlum olduğu kimi, Ermənistan Respublikasının heç bir tarixi və hüquqi faktlara söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunmasına gətirib çıxarmışdır. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində qəddarcasına etnik təmizləmə aparılmış, 1 milyon azərbaycanlı ata-baba yurdlarından qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər soyqırımı əməlləri törədilmişdir.

Dörd ilə yaxın davam edən birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox adam yaralanmış və ya şikəst edilmişdir. 4750 nəfər əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, milli və mədəni irsi amansızlıqla məhv edilmişdir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə, bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmiş, daimi yaşayış yerlərindən didərgin düşmüş insanların öz torpaqlarına geri dönməsi hüququ təsbit edilmişdir. Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, yəni Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişilməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Təəssüf ki, münaqişənin həll edilməsi üçün Minsk qrupunun və digər beynəlxalq təşkilatların göstərdikləri səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir. Üstəlik, bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrdən dəstək alaraq, Ermənistan Respublikası aparılan danışıqlar prosesini pozmaq və özgə torpaqlarının işğalını əbədiləşdirmək üçün davamlı cəhdlər göstərmişdir.

Beynəlxalq təşkilatların qətiyyətsizliyindən istifadə edən Ermənistan tərəfi 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinə hücum etmiş və dinc yaşayış məntəqələrini iriçaplı toplardan, raket qurğularından, zirehli texnikadan və atıcı silahlardan atəşə tutmuşdur. Bu təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. 2020-ci il sentyabrın 27-də növbəti təxribatdan sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə etmiş və təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ilk günlərdən Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratmışlar.

Döyüş meydanında aciz durumda qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.

Lakin bu qanlı hücumlar və vəhşilik əməlləri Azərbaycanı öz məqsədindən geri döndərə bilmədi. O ağır günlərdə bütün xalqımız, o cümlədən Ermənistanın dövlət terrorizmi aktlarına məruz qalan dinc şəhərlərin sakinləri Ali Baş Komandanın ətrafında daha sıx birləşdilər.

Müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirilməsinə, onların minlərcə canlı qüvvəsinin, çoxlu sayda hərbi texnikasının və silahlarının məhv edilməsinə və ya qənimət götürülməsinə gətirib çıxardı. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Suqovuşan və Hadrut qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edildi.

Döyüş meydanında qazanılmış parlaq və möhtəşəm Qələbə siyasi müstəvidə əldə edilən uğurlar ilə möhkəmləndirildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etdi. Bəyanatın müddəalarına uyğun olaraq, Kəlbəcər, Ağdam və Laçın rayonları dinc yolla Azərbaycan Respublikasına qaytarıldı.

Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların münaqişəyə dair sənədlərinin icrasını faktiki təmin edərək, ərazi bütövlüyünün bərpasına nail olmuş, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yaratmışdır. Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağın həyatında yeni dövr - bərpa və quruculuq dövrü başlanmışdır.

30 illik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarda yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır.

Regionda dinc həyatın sahmana salınması, davamlı sülhün təmin edilməsi üçün Azərbaycanın lazımi addımlar atdığı bir vaxtda, təəssüf ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, hərbi məğlubiyyətin əvəzini çıxmaq, Azərbaycan torpaqlarını yenidən işğal etmək, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Müharibə başa çatdıqdan sonra Azərbaycan Respublikasının hakimiyyət orqanları Ermənistan Respublikasına dəfələrlə müraciət edərək, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə böyük sülh müqaviləsi imzalamağı təklif etmişlər. Lakin qarşı tərəf müxtəlif bəhanələr gətirərək sülh təkliflərini qəbul etməkdən yayınmışdır.

Ermənistan Respublikası Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiya olunmamasından istifadə edərək sərhəddə təxribatlar törədir, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi yüklərin daşınmasını təşkil edir, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müntəzəm təxribatlar törədir, müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisində yaxalanmış təxribatçıları hərbi əsirlər kimi qələmə verir, ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Darmadağın edilmiş erməni ordusunun bərpası, təcavüzkar dövlətin müasir silahlar və hərbi texnika ilə təchiz edilməsi niyyəti elan olunmuşdur. Qarabağ ərazisində separatçılığın dirçəldilməsinə cəhdlər göstərilir. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı birləşmələri Qarabağ ərazisindən hələ də tam çıxarılmamışdır.

Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində yüz minlərcə tank və piyada əleyhinə minalar basdırmış və israrlı tələblərdən sonra minalanmış sahələrin kiçik bir hissəsinin xəritəsini vermişdir. Lakin məlum olmuşdur ki, həmin xəritə real vəziyyətin yalnız 25 faizini düzgün əks etdirir. Minalanmış bütün ərazilərin düzgün xəritələrini verməkdən imtina edilməsi Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətlərindən biridir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 159 insan, o cümlədən mülki şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışlar.

Xüsusi narahatlıq doğuran cəhət budur ki, bəzi dövlətlər öz maraqlarını həyata keçirmək vasitəsinə çevirdikləri münaqişəyə son qoyulması ilə barışmaq istəmirlər. Bu dövlətlər öz bəyanatları və hərəkətləri ilə regionda sülh və sabitliyin bərqərar edilməsinə, əslində, mane olurlar. ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhdlər göstərilir, Qarabağda 25 min erməninin yaşadığı əraziyə ayrıca status verilməsi barədə iddialar irəli sürülür.

Unutmaq lazım deyil ki, Azərbaycan Respublikası münaqişəni öz gücü ilə həll etmiş və əvvəlki formatda vasitəçilik səylərinə, əslində, ehtiyac qalmamışdır. Digər tərəfdən, Azərbaycan qədim tolerantlıq ənənələrinə malik olan çoxmillətli unitar dövlətdir və burada bütün etnik qrupların nümayəndələri bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ölkə bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz vətənidir. Qarabağda yaşayan ermənilər Azərbaycanın digər vətəndaşları ilə eyni hüquq və azadlıqlara malikdirlər və onlara hər hansı statusun verilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikasının Milli Məclisi ümid etdiyini bildirir ki, uzunmüddətli münaqişə başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlər qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcək. Azərbaycan Respublikası bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməkdə davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub

Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Venesiya Biennalesində Azərbaycan pavilyonu - REPORTAJ

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Bəhruz Məhərrəmov: Əfv Sərəncamı yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

Premyer Liqa: "Zirə" Avropa Liqasına, "Sabah" və "Sumqayıt" isə Konfrans Liqasına vəsiqə qazanıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib VİDEO

AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyə XİN son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb

Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub

“Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olub

Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Lənkəranda “KamAZ” sürücünün üzərinə aşıb

Azərbaycan qadın voleybol millisi yenə məğlub olub

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb

Ağdamda “Qəhrəmanlığın Şəhriyar zirvəsi” filminin təqdimatı olub

Naxçıvanda qeyri-sabit hava şəraiti müşahidə olunur

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ın kreditorlarına müraciət edib

Türkiyə Prezidenti: Ötən il ixracatımız 255 milyard dolları keçərək respublika tarixində rekord qırıb

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

“Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Penitensiar xidmətin Tərbiyə müəssisəsində “Yetkinlik yaşına çatmayanları cəmiyyətə qayıdışa hazırlama” adlı tədbir keçirilib

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsi üzrə intellektual məktəb çempionatının zona mərhələsinin qalibi müəyyənləşib

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1147-VIQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Volodimir Zelenski: Bu gün atəşkəs Ukrayna üçün çox təhlükəlidir

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycanın müasir ekoloji problemləri və onların həlli yolları konsepsiyası” hazırlanıb

Bakının 549 küçəsi yuyulub

G7 ölkələri: Ukraynaya vurduğu ziyanı ödəyənə kimi Rusiyanın aktivləri dondurulacaq

Lvovda Azərbaycanı xatırladan məkanlar... – FOTO VİDEO

® “Green Fintech Startup Challenge”ə müraciətlər davam edir!

Azərbaycanın COP29-a ev sahibliyi etməsi “yaşıl enerji” amilinə verilən önəmin ifadəsidir ŞƏRH

Dörd kəndin Azərbaycana qaytarılması Ali Baş Komandanın növbəti zəfəridir – AÇIQLAMA

Ən məşhur Avropa təyyarəsinin adındakı “neo” suffiksi nə deməkdir?

Azərbaycanın daha bir güləşçisi Bakıdakı Avropa çempionatının finalında

Naxçıvan büdcəsinin gəlir və xərcləri artırılıb

QHT sədri: Qazaxın 4 kəndinin qaytarılması diplomatik müstəvidə əldə edilmiş növbəti uğurdur

Gürcüstanda zəlzələ baş verib

Azərbaycan Kuboku: Final matçının biletləri satışa çıxarılıb

Lvovda soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil olunub

I Milli Təhsil Zirvəsi keçirilib

İtaliya Fələstinə ümumilikdə 35 milyon avro maliyyə yardımı ayırıb

Argentina hökuməti soyuq havaya görə qaz tədarükünü dayandırıb

Azərbaycanın dördqat dünya çempionu: Paralimpiya Oyunlarına daha ciddi hazırlaşacağam

Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıb ŞƏRH

Qahirədə Azərbaycan-Misir əlaqələrinin perspektivləri müzakirə olunub

Paris Şəhər Şurasının COP29-u boykot etmək barədə qərarı gülməli və cılız görünür ŞƏRH

İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşlarla görüşəcək

Cari ildə ÜDM-in 121,3 milyard manata çatacağı proqnozlaşdırılır

Naxçıvan şəhərinə dolu yağıb VİDEO

Bir qrup Xankəndi sakini Dövlət Su Ehtiyatları Agentliyində işlə təmin olunub

Dövlət Neft Fondunun gəlirləri ilə bağlı proqnoz 17 faiz artırılır

® Qarabağda bir başlanğıc daha: “Kapital Bank”ın “Xankəndi” filialı açılıb

İcmal büdcənin xərcləri 7 faizdən çox artırılır

Naxçıvanda təhsil ocaqlarında vakant olan vəzifələr üzrə müsabiqə keçirilib

Qəbələdə keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşib

Ukraynada yaşayan soydaşımız: Azərbaycan mümkünsüzləri reallaşdırmağı sevir - MÜSAHİBƏ

Belaruslu voleybolçu yenidən Azərbaycanda çıxış edəcək

Əbu-Dabidə Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə həsr edilmiş panel keçirilib

Prokurorluq işçiləri Xaçmazda keçirilən təmizlik aksiyasında iştirak ediblər

Sabah Bakıda və Abşeron yarımadasında gecəyə doğru şimşək çaxacağı ehtimalı var

Azərbaycanın paraatletika yığması dünya çempionatında tarixi uğura imza atıb

Finlandiya DİN-in rəhbəri: Rusiyadan gələn miqrantlar geri göndəriləcək

Şuşada Memarlar İttifaqının plenumu keçirilib - YENİLƏNİB VİDEO

Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası təsdiqlənib

Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarına 6 medalla başlayıblar

Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

“NE Global” nəşri: Azərbaycanda keçiriləcək COP29 konfransı sülh, iqlim maliyyəsi, ətraf mühit məsələlərinə fokuslanacaq

Xəzər rayonunda avtomobil oğurlayan şəxsdə narkotik vasitə aşkarlanıb

Bakıda Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Milli Kitabxanada “Prоfеssоr Vəli Xuluflu-130” adlı kitab sərgisi açılıb

Türkiyə Böyük Millət Məclisinin deputatları Ədəbiyyat Muzeyinin qonağı olublar

Məktəblilərin respublika çempionatının final yarışları davam edir

Akademik Milli Dram Teatrı iyun repertuarını açıqlayıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanının nəticələri açıqlanıb

Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr təsdiqlənib

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının II mərhələsi keçirilib

Türkiyənin XİN rəhbəri mayın 26-da Brüsselə səfər edəcək

Müstəqillik Günü Polşada təntənə ilə qeyd olunub

® Həkim-endokrinoloq Şəbnəm Əlirzayeva: Qalxanabənzər vəzi xəstəlikləri vaxtında aşkarlananda müalicə olunur

Türkiyənin nəqliyyat naziri: BTQ dəmir yolu xətti bütün region üçün əhəmiyyətlidir

Azərbaycanın Müstəqillik Günü münasibətilə Dehlidə rəsmi qəbul təşkil edilib

Müstəqillik Günü Budapeştdə də qeyd olunub

Baş nazir Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb

Cəbrayılda dövlət mülkiyyətinə aid 940 hektar torpaq sahəsi günəş elektrik stansiyasının ərazisi kimi müəyyən edilib - QƏRAR

Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub VİDEO

Qəhvə Parkinson xəstəliyindən qorunmağa kömək edə bilər

Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu olub

“Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 “Sabah”ın basketbolçusu: Çempionluqda bütün oyunçuların əməyi var

Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI