Kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyinə dair fikir mübadiləsi aparılıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbər heyəti Dünya Bankının İş yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələri ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə FINGROW proqramının məqsədi, əhatə dairəsi, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər, Mərkəzi Bankın bu təşəbbüsdə rolu müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycanda maliyyə əlçatanlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi imkanlarının artırılması, rəqəmsal ödənişlərin təşviqi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi, kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, FINGROW Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üçün nəzərdə tutulmuş çoxmərhələli proqramıdır. Proqramın əsas məqsədi maliyyə resurslarına çıxışı genişləndirməklə sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [16:22]
Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1,39 milyard dollar olub
- 03.07.2026 [15:56]
® “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
- 03.07.2026 [15:51]