Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir

Şəki, 3 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qarşıdakı illərdə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən mühüm sənəddir. Dövlət Proqramında kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən heyvandarlıq, balıqçılıq və akvakultura sahələrinin istehsal potensialının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi müəyyən edilib. Proqramda prioritet istiqamətlər — kənd təsərrüfatında məhsuldarlığın və gəlirliliyin artırılması, damazlıq bazasının genişləndirilməsi, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışı, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlərin həlli, həmçinin istehsal sahələri üzrə hədəf göstəriciləri öz əksini tapıb. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkənin heyvandarlıq üzrə ixtisaslaşmış iri aqrar rayonlarından olan Şəkidə də yeni Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Hazırda rayonda 51 min 344 baş iribuynuzlu, 136 min 337 baş xırdabuynuzlu heyvan, 274 min 437 baş müxtəlif növ quş və 13 min 434 arı ailəsi var. İl ərzində rayonda 9 min 950 ton ət, 51 min 162 ton süd, 28 milyon 313 min ədəd yumurta və 349 ton yun istehsal olunur.

Son illər aqrar sektorda aparılan islahatlar Şəki rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafına təkan verib. Dövlət tərəfindən göstərilən dəstək mexanizmləri heyvandarlıqla məşğul olan fermerlərin mal-qaranın cins tərkibinin dəyişdirilməsi və daha məhsuldar heyvanlarla əvəz edilməsinə marağını daha da artırıb. Rayonda cins maldarlıqla məşğul olan xeyli sayda fermer təsərrüfatı yaradılıb.

"Yerli cinslə müqayisədə gəlirim 3 dəfədən çox artıb"

Belə nümunəvi təsərrüfatlardan biri də rayonun Aşağı Küngüt kəndində yerləşir. AZƏRTAC-ın bölgə müxbiri fermer Cəfər Əliyevin heyvandarlıq təsərrüfatında olub.

Otuz ildən artıqdır ki, heyvandarlıqla məşğul olduğunu bildirən fermer deyib: “Əvvəllər az məhsuldar yerli cinslərdən olan mal-qara saxlayırdım. Sonradan öyrəndim ki, dəyərinin 60 faizi dövlət vəsaiti hesabına ödənilən güzəştli şərtlərlə cins heyvanların satışı həyata keçirilir. Ona görə də heyvanlarımın cins tərkibini dəyişdirməyi qərara aldım. 2019-2025-ci illərdə güzəştli şərtlərlə satılan 14 baş damazlıq heyvan aldım. Əsasən “Simmental” cinsinə üstünlük vermişəm.

Hazırda təsərrüfatımda həmin cinsdən olan 38 baş iribuynuzlu ətlik-südlük heyvanım var. Onlardan 14 başı sağılandır. Təsərrüfatımdakı cins inəklər gündə 20 litrədək süd verir. Yerli cinslərdən olan inəklərdən isə gün ərzində ən yaxşı halda 6-7 litr süd sağılırdı. Heyvanlarımın cinsini dəyişdikdən sonra il ərzində bu sahədə gəlirim 3 dəfədən çox artıb. Sağılan süddən əsasən pendir və yağ istehsal edirik, həmçinin satışa çıxarırıq. Rayon ərazisində südtoplama məntəqələri yaradılarsa, fermerlərin işi daha da asanlaşar”.

Təsərrüfat rəhbəri əlavə edib ki, heyvandarlıqda yüksək gəlir əldə etmək üçün yemləmənin və qulluğun da böyük əhəmiyyəti var: “Hazırda heyvanların yemləndirilməsində öz istehsalımla yanaşı, vitaminlərlə zənginləşdirilmiş zavod yemlərindən, həmçinin yem istehsalı ilə məşğul olan təsərrüfatlardan aldığım silos paketlərindən istifadə edirəm. Baytar həkimləri tərəfindən heyvanlarda vaxtlı-vaxtında diaqnostik müayinələr və profilaktiki peyvəndləmələr aparılır. Gələcəkdə təsərrüfatımı daha da genişləndirməyi düşünürəm”.

Dövlət dəstəyi və yeni subsidiya mexanizmləri

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Azər Şamilovla söhbət zamanı bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahədə dövlət dəstəyi, lizinq, subsidiya mexanizmi və elektron kənd təsərrüfatı sisteminə dair bir sıra mühüm yeniliklər edilib.

DAİM direktoru subsidiyaların növləri barədə danışarkən deyib: “Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması və yüksək məhsuldar genetik potensiala malik heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova və balağa (camış balasına) görə süni mayalanma və ya embrion köçürmə subsidiyası nəzərdə tutulur.

Bundan başqa, fermerlərə kənd təsərrüfatı heyvanlarının saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə hər bir heyvana (o cümlədən arı ailəsinə) görə heyvan subsidiyası, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən heyvanmənşəli məhsul və ya xammalın miqdarına görə heyvandarlıq sahəsində məhsul subsidiyası, fermerlər tərəfindən bitkiçilik və heyvandarlıq sahələrində beynəlxalq sertifikatların alınması məqsədilə sertifikatlaşdırma subsidiyası tətbiq olunur”.

Qeyd edək ki, 2009-2026-cı illər ərzində Şəki fermerləri tərəfindən dəyərinin 60 faizi dövlət vəsaiti hesabına ödənilən, güzəştli şərtlərlə satılan 437 baş damazlıq düyə alınaraq rayona gətirilib. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədilə qurumun əməkdaşları tərəfindən fermerlər arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.

Süni mayalanma sahəsində ciddi artım qeydə alınıb

DAİM-in Heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov isə qeyd edib ki, fermerlər heyvanların cins tərkibini yaxşılaşdırmaqdan ötrü yüksək məhsuldar törədicilərin toxumları ilə süni mayalanma işlərinə daha çox üstünlük verirlər: “Buna görə də rayonda süni mayalandırılan heyvanların baş sayı ildən-ilə artır. Süni mayalanma yolu ilə doğulmuş buzovlara görə heyvan sahiblərinə subsidiya ödənişi tətbiq olunduqdan sonra rayonda bu göstərici 2,5 dəfədən çox artıb. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, ötən il bu rəqəm 9475-ə çatıb.

Cari ilin yanvar-may aylarında rayonda 4684 baş inək, camış və düyə süni yolla mayalandırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 461 baş çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə əvvəlki ilin müvafiq dövrünə nisbətən 185 baş çox, yəni 2043 baş salamat buzov və balaq doğulub. Bu ilin 5 ayında Şəki rayonu üzrə 1636 nəfər heyvan sahibinə 1825 baş cinsi yaxşılaşdırılmış buzova və 25 baş balağa görə 185 min 300 manat subsidiya hesablanıb”.

Sektor müdiri bildirib ki, damazlıq cins malların dəyərinin 60 faizinin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunan hər baş buzova görə 100 manat subsidiyanın verilməsi, həmçinin heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı aparılan müalicə-profilaktika tədbirlərinin dövlət tərəfindən təmin edilməsi heyvandarlıqda dinamik inkişafı sürətləndirən əsas amillər olacaq.

Göründüyü kimi, dövlət tərəfindən tətbiq edilən yeni subsidiya mexanizmləri və sistemli dəstək tədbirləri Şəki rayonunda heyvandarlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır. Yeni təsdiq olunmuş Dövlət Proqramının hədəflərinə uyğun olaraq reallaşdırılan bu tədbirlər yaxın illərdə rayonda mal-qaranın cins tərkibinin tamamilə yenilənməsinə, ət və süd istehsalının artırılmasına, bütövlükdə isə regionun aqrar potensialının güclənməsinə və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verəcək.

Müxbir – Mustafa Dadaşov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir