Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anastasiya Lavrina: Prezident İlham Əliyevə yüksək etimad Azərbaycanın uğurlu dövlət siyasətinin nəticəsidir

Anastasiya Lavrina: Prezident İlham Əliyevə yüksək etimad Azərbaycanın uğurlu dövlət siyasətinin nəticəsidir

Bakı, 3 iyul, AZƏRTAC

Son ictimai rəy sorğularında Prezident İlham Əliyevə yüksək ictimai etimadın qorunub saxlanılması Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərin və uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bu etimad, ilk növbədə, vətəndaşların real nəticələrə, milli maraqların qətiyyətlə müdafiəsinə və ölkənin davamlı inkişafına verdiyi yüksək qiymətin ifadəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi tədqiqatçısı Anastasiya Lavrina deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixinin ən mühüm uğurlarına imza atıb.

“Ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, Azərbaycan Bayrağı Qarabağın və Şərqi Zəngəzurun hər bir nöqtəsində qürurla dalğalanır. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu uğurla davam etdirərək həm ata vəsiyyətini, həm də Azərbaycan xalqına verdiyi sözü yerinə yetirdi. Müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər təkcə hərbi qələbə deyil, həm də milli iradənin, güclü dövlətçiliyin və tarixi ədalətin təntənəsi oldu. Bu Qələbənin əsas xüsusiyyətlərindən biri xalq-dövlət birliyinin ən yüksək səviyyədə özünü göstərməsi idi. Müharibə dövründə Azərbaycan cəmiyyəti misilsiz həmrəylik nümayiş etdirdi, hər bir vətəndaş ordumuzun və Ali Baş Komandanın ətrafında sıx birləşdi. Məhz bu milli birlik Azərbaycanın Zəfərini təmin edən əsas amillərdən birinə çevrildi və bu gün də dövlətə olan etimadın mühüm əsaslarından biri kimi çıxış edir. Azərbaycanda milli həmrəylik yalnız müharibə dövründə deyil, gündəlik ictimai həyatda da özünü aydın şəkildə göstərir.

Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə malik xalqların əsrlər boyu sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin uğurla qorunduğu ölkədir. Dövlət tərəfindən bütün vətəndaşların hüquq və azadlıqları etibarlı şəkildə təmin olunur, etnik və dini müxtəliflik isə cəmiyyətimizin zənginliyi və milli birliyimizin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Bu amillər vətəndaşların dövlətə olan inamını və ictimai etimadı daha da möhkəmləndirir”, - deyə tədqiqatçı qeyd edib.

A.Lavrina hesab edir ki, ictimai etimadı şərtləndirən digər mühüm amillər ölkədə sabitliyin və təhlükəsizliyin qorunması, iqtisadi inkişafın davamlı xarakter alması, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, eləcə də sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsidir. Vətəndaşlar dövlət siyasətinin konkret nəticələrini gündəlik həyatlarında görür və bunu yüksək qiymətləndirirlər. Məhz bu reallıqlar ictimai etimadın möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması da ictimai etimadın formalaşmasına təsir göstərən əsas amillərdəndir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və beynəlxalq dialoq sahələrində mühüm aktor kimi qəbul olunur. Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər, türk həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar və üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfələr ölkəmizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindəndir. Müstəqil və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Anastasiya Lavrina deyib ki, bütün bu amillər gələcəkdə də dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək. Güclü dövlətçilik ənənələrinə, milli birliyə və strateji inkişaf kursuna əsaslanan bu model Azərbaycanın dayanıqlı inkişafını, milli maraqlarının etibarlı müdafiəsini və beynəlxalq nüfuzunun daha da artmasını təmin edəcək.

Müxbir- Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi