DÜNYA


Miqrantların “ölüm gəmisi” Venesiyada incəsənət yarmarkasında nümayiş etdirilir

Roma, 13 may, AZƏRTAC

Venesiya Biennalesinin incəsənət yarmarkasında Aralıq dənizində qəzaya uğrayan miqrant gəmisi nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, göyərtəsində təxminən min miqrantın olduğu mavi-qırmızı rəngli balıqçı gəmisi 2015-ci il aprelin 18-dən 19-na keçən gecə ona köməyə gələn Portuqaliyaya məxsus yük gəmisi ilə toqquşub. Həmin qəza nəticəsində 900-dək insan həlak olub. Yük gəmisinin ekipajı miqrantlara kömək etməyə çalışsalar da, gəmi dərhal batıb və yalnız 28 nəfərin həyatını xilas etmək mümkün olub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.