Monoqrafiyada ilk dəfə 300-dək dilin analoji söz kökləri müqayisə olunub
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Dünya dillərində homogen sözlər” monoqrafiyası “Xəzər Universiteti” nəşriyyatında çapdan çıxıb.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada dünya dillərindəki homogen söz kökləri tədqiq olunub. Kitabda Azərbaycan dilçiliyində ilk dəfə üç yüzə yaxın dilin analoji söz kökləri müqayisə edilib. Əsərdə dünya dillərində homogen söz kökləri müqayisəli-tarixi, müqayisəli-tipoloji metodlarla müəyyənləşdirilib, onların arxetipləri bərpa olunub. Monoqrafiya Azərbaycan dilçiliyində nostratika mövzusunda yazılmış ilk fundamental araşdırmadır.
Monoqrafiyanın elmi redaktoru, mərhum akademik, dünya şöhrətli türkoloq Tofiq Hacıyevdir. Rəyçiləri filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi və filologiya elmləri doktoru İlham Tahirovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:24]
Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir
- 25.08.2026 [18:14]
Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub
- 25.08.2026 [15:21]
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
- 25.08.2026 [15:02]
Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü
- 25.08.2026 [14:49]