SİYASƏT
Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq
Ankara, 21 sentyabr, AZƏRTAC
Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm
AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. Nazir yazıb: “Ermənistanı hücumları dayandıraraq, ağlını başına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara