REGİONLAR


“Naxçıvan” Universitetində ECAR layihəsinin təqdimatı olub

Naxçıvan, 21 iyun, AZƏRTAC

“Naxçıvan” Universitetində ECAR layihəsinin təqdimatı olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva “Naxçıvan” Universitetinin Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi, “Azərbaycanda rektorlar konfransı”nın layihəsi olan ECAR layihəsinin Naxçıvanda yeganə tərəfdaşı olduğunu bildirib.

Rektor dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırış və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası əməkdaşlığın vacibliyini vurğulayıb. O, Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, ali təhsil müəssisələri və digər maraqlı tərəfdaşlar arasında əməkdaşlıq, şəbəkə, ünsiyyət səviyyəsinin effektivliyinin artırılması, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunmasının əhəmiyyətindən də danışıb.

Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiqinin önəmini vurğulayan rektor 3 il müddətinə həyata keçiriləcək “Azərbaycanda rektorlar konfransı” adlı layihənin ali təhsil sisteminin inkişafına yeni töhfə verəcəyini deyib.

Sonra universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihə haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.