CƏMİYYƏT


Nəsimi rayonunda avtomobillərdən pul və mobil telefon oğurlayan şəxslər tutulub

Bakı, 21 avqust, AZƏRTAC 

Nəsimi rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Bakı şəhər sakini X.Quliyevə məxsus avtomobildən 620 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev yaxalanıb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisində Ağdaş rayon sakini Ə.Xəlilova məxsus “Daewoo” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov tutulub.

Faktlarla bağlı araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.