Nicat Hüseynov: Boks üzrə Azərbaycan çempionu adını qazandığım üçün qürur duyuram
Bakı, 8 fevral, Leyla Qurbanova, AZƏRTAC
Gənclər arasında Azərbaycan çempionu adını qazandığım üçün qürur duyuram. Əlbəttə, bununla vəzifəmi bitmiş hesab etmirəm. Düşünürəm ki, qarşıdakı yarışlara daha yaxşı hazırlaşmalıyam.
Bunu gənc boksçular arasında Azərbaycan birinciliyində 49 kiloqram çəki dərəcəsində qalib olan Nicat Hüseynov AZƏRTAC-a müsahibəsində deyib.
Ötən il bir sıra beynəlxalq turnirlərdə - “Heydər Əliyev Kuboku - 2019”, Ukraynada keçirilən beynəlxalq yarışda qızıl medal qazandığını bildirən boksçu builki yarışlara daha böyük səylə hazırlaşacağını bildirib: “Qarşıda komandamızı bir sıra turnirlər gözləyir. Ötən il Avropa çempionatında medal qazana bilmədim. Bu il öz üzərimdə daha səylə çalışacağam. Düşünürəm ki, mənə bəslənən ümidləri doğruldacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [20:47]
“Milan” Alleqri ilə yollarını ayırıb
- 25.05.2026 [17:21]
“Qarabağ” Toral Bayramovla yollarını ayırıb
- 25.05.2026 [16:29]
Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb
- 25.05.2026 [15:52]
“Sabah” Qazaxıstan millisinin qapıçısı ilə müqaviləni yeniləyəcək
- 25.05.2026 [15:14]