Noyabrın 10-u Beynəlxalq Mühasibat Günüdür
Bakı, 10 noyabr, AZƏRTAC
Dünyada ən populyar peşələrdən birinin nümayəndələri hər il noyabrın 10-da öz peşə bayramlarını - Beynəlxalq Mühasibat Gününü (Mühasib Gününü) qeyd edirlər. Bu bayramın məhz həmin gündə qeyd edilməsi XV əsrin axırlarında baş vermiş bir hadisə ilə bağlıdır: 1494-cü il noyabrın 10-da Venesiyada (İtaliya) məşhur riyaziyyatçı Luka Paçiolinin “Hesab, həndəsə və tənasüb haqqında bütün biliklər” adlı kitabı çapdan çıxıb. Müəllif bu kitabda həmin dövrün riyaziyyatına aid bilikləri toplamışdı. Kitabın “Hesablar və digər yazılar haqqında” adlanan fəslində Venesiyada mühasibat işi ətraflı şərh edilmişdi. İkiqat mühasibat metodu haqqında ilk mətbu iş olan bu kitab əsasında sonrakı dövrdə geniş yayılmış kommersiya mühasibatına aid bir sıra əsərlər yaradılıb. Sözügedən kitabda uçot işinin çox hissəsi indi məlum olduğu şəkildə təsvir edilib, bir sıra başqa terminlər, mühasib işi üçün zəruri biliklər öz əksini tapıb.
Luka Paçioli venesiyalı tacirlərin öz işində istifadə etdikləri metodları ətraflı təsvir etdiyinə görə, onu “mühasibatın atası” adlandırırlar. L.Paçiolinin şərh etdiyi mühasibat üsullarının təfərrüatı sonrakı dörd əsr ərzində mühasibata aid xüsusi əsərlərin yaranması üçün bünövrə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [23:04]
Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib
- 03.09.2026 [22:21]
Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır
- 03.09.2026 [22:11]
Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır
- 03.09.2026 [21:29]
ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb
- 03.09.2026 [19:15]
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 03.09.2026 [19:04]