MƏDƏNİYYƏT


Nyu-Yorkda Qara Qarayev musiqisi səsləndirilib

Vaşinqton, 3 dekabr, AZƏRTAC 

ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı-Bruklin Dostluq Assosiasiyası, Azərbaycan və Qafqaz Yəhudi Soydaşlarının ABŞ-dakı Mədəniyyət Fondu (AZZEM), Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi ilə birgə təşkil edilib.

Klassik piano ifaçısı Nərgiz Əliyarova konserti açaraq dinləyiciləri bəstəkarın yaradıcılığı ilə tanış edib. Daha sonra Bakı-Bruklin Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib.

Təbdirdə ABŞ-dan olan klassik piano ifaçısı Nərgiz Əliyarova və Kamilla Məmmədova, skripka ifaçısı Azər Dəmirov, violonçel ifaçısı Kristin Lamprea, bəstəkar və caz ifaçısı Ruslan Ağababayev caz ansamblı ilə birlikdə dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Qara Qarayevin "İldırımlı yollarla" və "Yeddi gözəl" baletləri, “Vətən” operası, "Don Kixot" simfonik qravürlərindən hissələr, prelyudiya və romanslar səsləndirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.