Ötən il Çində rekord uzunluqda metro xətti çəkilib
Pekin, 5 yanvar, AZƏRTAC
Ötən il Çinin materik hissəsində rekord uzunluqda - 968 kilometr metro xətti çəkilib.
AZƏRTAC Çin Metrolar Assosiasiyasına istinadla xəbər verir ki, hazırda Honkonq və Makao xüsusi inzibati bölgələri, Tayvan adası istisna olmaqla, Çinin materik hissəsinin 40 şəhərindəki yeraltı dəmir yolu nəqliyyatı şəbəkəsinin ümumi uzunluğu 6730 kilometrə çatıb. Həmin şəhərlərdə metro əsas ictimai nəqliyyat növüdür.
Assosiasiyasının hesabatına əsasən, Şanxay, Pekin, Quancou, Çendu və Nankin metro xətlərinin uzunluğuna görə ilk beşlikdədir. Çinin ali iqtisadi planlaşdırma qurumu olan Milli İnkişaf və İslahat Komissiyasının təsdiqlədiyi plana uyğun olaraq, cari il Cıncou, Sian və Çendu şəhərlərində ümumi investisiya dəyəri 342,58 milyard yuan (təxminən 48,9 milyard ABŞ dolları) olan yeni metro layihələri icra ediləcək.
Qeyd edək ki, hazırda şəhər metro xətlərinin uzunluğuna görə dünyada ilk 3 yer Çinə məxsusdur. Bundan başqa, dünyada ən uzun 15 şəhər metro şəbəkəsinin 8-i Çindədir. Ölkənin iqtisadi və maliyyə mərkəzi Şanxay 420-dən çox stansiyanı birləşdirən 705 kilometrlik şəbəkəsi ilə dünyada ən uzun metro xəttinə sahib olan şəhərdir. Daşınan sərnişinlərin sayına görə dünyada ilk yeri tutan paytaxt Pekinin metro şəbəkəsinin ümumi uzunluğu təxminən 700 kilometrə yaxındır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [09:07]
Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib
- 12.02.2026 [07:36]
NASA növbəti heyətin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsini təsdiqləyib
- 12.02.2026 [06:12]
NATO müdafiə nazirləri Brüsseldə görüşəcəklər
Tramp və Netanyahu İran danışıqlarını müzakirə edib
- 11.02.2026 [23:49]
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
- 11.02.2026 [23:23]
Ərdoğan: Türkiyə Avropanın müdafiə təşəbbüslərində iştirak etməlidir
- 11.02.2026 [23:15]
Zelenski: Ukraynada seçki prosesinə hazırlıq var
- 11.02.2026 [22:44]
Türkiyə və Yunanıstan əməkdaşlıq kursuna qayıdır: Ankarada 7 sənəd imzalanıb
- 11.02.2026 [22:35]
Azərbaycanın ilk qadın alpinisti növbəti zirvəni fəth edib
- 11.02.2026 [22:03]
Azərbaycan şirkətləri Moskvada “Prodexpo-2026” sərgisində təmsil olunur
- 11.02.2026 [21:54]
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
- 11.02.2026 [21:04]
Ağ Evdə Tramp və Netanyahu arasında görüş keçirilir
- 11.02.2026 [21:04]
“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir
- 11.02.2026 [20:31]
Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib
- 11.02.2026 [20:25]
“BMW” yanğın təhlükəsinə görə yüz minlərlə avtomobili geri çağırır
- 11.02.2026 [19:57]
Şirvan kanalında tikinti işləri eyni vaxtda 4 mərhələ üzrə sürətləndirilib
- 11.02.2026 [19:10]
Avropa Superliqası layihəsi başlamadan bitib
- 11.02.2026 [19:09]
Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd – Keçmişdən bu günə səyahət
- 11.02.2026 [18:50]
Ər-Riyadda Azərbaycanda saxlanılan ərəbdilli əlyazmaların sərgisi açılıb
- 11.02.2026 [18:35]
Qazaxıstanda yeni Konstitusiya üzrə referendum martın 15-də keçiriləcək
- 11.02.2026 [18:16]
Dövlət Xidməti: 7 obyekt icarə müsabiqəsinə çıxarılıb
- 11.02.2026 [17:49]