Ötən il ölümdən xilas olmuş astronavtlar yenidən kosmosa uçacaqlar
Bakı, 21 fevral, AZƏRTAC
Ötən ilin oktyabrında qəzaya uğrayan “Soyuz MC-10” kosmik gəmisinin göyərtəsində ölümdən dönən MKS-57/58 missiyasının üzvləri - rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq mart ayında yenidən kosmosa uçacaqlar.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, martın 15-də kosmosa buraxılması nəzərdə tutulan yeni kosmik gəminin ekipajına daha bir NASA astronavtı - zərif cinsin nümayəndəsi Kristina Koç da daxil edilib.
A.Ovçinin jurnalistlərə müsahibəsində bildirib ki, uçuşa hazırlıq müddətində hər iki kosmonavt dəfələrlə psixoloqların söhbətindən keçib. Kosmonavt əlavə edib ki, onun və amerikalı astronavt Heyqin psixoloji vəziyyəti əladır və növbəti uçuşun uğurla keçəcəyinə inanırlar.
Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də kosmosa buraxılan “Soyuz MC-10” kosmik gəmisində uçuşun 119-cu saniyəsində birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması nəticəsində mühərriklər sönüb. Bundan sonra qəza mayakı işə düşüb və paraşüt açıldıqdan sonra ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [21:09]
Nikol Paşinyan: Qarabağ bizim deyildi
- 10.05.2026 [20:24]
Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]