Özbəkistanda UNESCO-nun iştirakı ilə beynəlxalq forum və mədəni irs həftəsi keçiriləcək
Daşkənd, 9 sentyabr, АZƏRTAC
Sentyabrın 14-15-də Özbəkistanın qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumu keçiriləcək . Sentyabrın 13-dən 21-dək isə Daşkənddə, Xivədə və Nukusda Mədəni İrs Həftəsi baş tutacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcək.
Ümumiyyətlə foruma dünyanın 46 ölkəsindən gələn 350-dən artıq nümayəndə qatılacaq.
Forumda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun iştirakı da nəzərdə tutulur.
Mədəni İrs Həftəsi çərçivəsində “Özbəkistanın mədəni irsi-yeni Renessansın bünövrəsi” adlı beşinci konqres də keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [17:34]
Qarsda “Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” konserti keçirilib
- 22.05.2026 [17:10]
WUF13 çərçivəsində möhtəşəm konsert
- 22.05.2026 [15:27]
Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib
- 22.05.2026 [13:02]
® Bakıda “Force of Love” 2026 yay festivalı keçiriləcək
- 22.05.2026 [11:20]
Bəstəkar Elnar Məmmədovun xatirəsi anılıb
- 22.05.2026 [10:27]