WUF13-ün keniyalı iştirakçısı: Azərbaycanda yüksək qonaqpərvərlik gördüm
Bakı, 22 may, AZƏRTAC
Mən Keniyanın Nakuru şəhərindənəm. Nakuru Şərqi Afrikada yerləşir. Mən bir neçə konfransda və BMT-nin Afrika üzrə İqtisadi Komissiyası tərəfindən təşkil olunan bir sıra tədbirlərdə iştirak etmişəm. Azərbaycanda yüksək qonaqpərvərlik gördüm. Burada çox yaxşı qarşılanma var, könüllülər bizə istiqamət verməkdə çox dəstək olublar.
Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13)
keniyalı iştirakçısı Peter Gitau deyib.
“Bütün bunlar çox yüksəksəviyyəli təşkilatçılığın göstəricisidir. Azərbaycanın şəhərsalma sahəsində oynaya biləcəyi rol ondan ibarətdir ki, yerli idarəetməni və səlahiyyətlərin bölgüsünü dəstəkləsin, yəni resursların şəhər daxilində daha ədalətli bölüşdürülməsinə töhfə versin", - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:20]
ETSN kollektivi şəhidlərin xatirəsini anıb
- 27.09.2026 [16:09]
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub
- 27.09.2026 [16:06]
Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [15:26]
İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib
- 27.09.2026 [14:58]