AFFA ilə Ombudsman təsisatı arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər müzakirə olunub
Bakı, 22 may, AZƏRTAC
AFFA-nın baş katibi Cahangir Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə görüşüb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Müvəkkil hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edildiyini, bu çərçivədə silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Səbinə Əliyeva uşaqların və gənclərin sağlam, düzgün fiziki inkişafının təmin olunmasının, onların idmana, xüsusilə futbola cəlb edilməsinin vacibliyini vurğulayıb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində assosiasiyanın fəaliyyəti, ölkədə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Görüşdə, həmçinin Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər qeyd olunub, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [16:28]
Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edir
- 22.05.2026 [15:21]
Xosep Qvardiola “Mançester Siti”ni tərk edir - RƏSMİ
- 22.05.2026 [15:03]
Azərbaycan Şahmat Federasiyası ötən ilin yekunlarına dair hesabat verib
- 22.05.2026 [14:09]
İngiltərə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
- 22.05.2026 [12:48]
Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib
- 22.05.2026 [10:44]
Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək
- 22.05.2026 [09:45]
Premyer Liqa: “Sabah” “Turan Tovuz”la, “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq
- 22.05.2026 [00:51]
Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında ilk titulunu qazanıb
- 21.05.2026 [21:50]