Qanalı iştirakçı: Azərbaycanda diqqətimi çəkən əsas məqamlardan biri əlçatanlıq və inklüzivlik oldu
Bakı, 22 may, AZƏRTAC
WUF13 çox uğurlu keçdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Tədbir yalnız yaşlı insanlar üçün deyil, uşaqlar və əlilliyi olan şəxslər üçün də əlçatan idi. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir.
Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Qanadan olan Lordina Anyonqo deyib.
"Azərbaycana gəldiyim ilk gündən diqqətimi çəkən əsas məqamlardan biri əlçatanlıq və inklüzivlik oldu. Burada hər kəs, o cümlədən görmə məhdudiyyətli və fiziki məhdudiyyətli insanlar nəzərə alınır. Düşünürəm ki, Azərbaycan dayanıqlı şəhərlərin inkişafı istiqamətində mühüm rol oynaya bilər", - deyə o qeyd edib.
Müxbirlər - Günel Türksoy, Səbinə Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [16:20]
ETSN kollektivi şəhidlərin xatirəsini anıb
- 27.09.2026 [16:09]
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub
- 27.09.2026 [16:06]
Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [15:26]
İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib
- 27.09.2026 [14:58]