DÜNYA


Pakistanin sabiq baş naziri Nəvaz Şərif məhkəmənin qərarından apellyasiya şikayəti verib

İslamabad, 1 yanvar, АZƏRTAC

Pakistan məhkəməsi ötən il dekabrın sonunda ölkənin sabiq baş naziri Nəvaz Şərifə yeddi il həbs cəzası verdikdən və 2,5 milyon dollar cərimə kəsdikdən sonra o, apellyasiya şikayəti verib.

AZƏRTAC xəbər verir ki, Antikorrupsiya Məhkəməsi Nəvaz Şərifi korrupsiya və çirkli pulların yuyulması ilə bağlı cinayət işinə görə təqsirkar bilib. Məhkəmə Nəvaz Şərifin cəzasını çəkdikdən sonra 10 il yüksək vəzifə tuta bilməməsi ilə bağlı da qərar qəbul edib.

Xatırladırıq ki, 2017-ci ilin iyul ayında Pakistanın Ali məhkəməsi Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb.

Nəvaz Şərif Pakistanın baş naziri vəzifəsini üç dəfə - 1990-1993-cü, 1997-1999-cu və 2013-2017-ci illərdə tutub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.