İQTİSADİYYAT


Paytaxtın 3 qəsəbəsini birləşdirən avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 21 fevral, AZƏRTAC

Paytaxtın Bakıxanov qəsəbəsi ilə Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 5,1 kilometr olan yolun 1,6 kilometri 4 hərəkət zolaqlı olmaqla eni 20 metr, 3,5 kilometri isə 2 hərəkət zolaqlı olmaqla eni 8 metrdir. Köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür. Daha sonra asfaltlanma işlərinə başlanılacaq. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri 5200 kvadratmetr sahədə bərpa olunur, yolboyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Ümumilikdə isə, təmir-tikinti işləri çərçivəsində yolboyu 60 min kvadratmetrə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün yolboyu yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.