Qazaxıstanın “Air Astana” aviaşirkəti Yaponiyaya və ABŞ-a birbaşa uçuşlar həyata keçirəcək
Astana, 21 fevral, AZƏRTAC
Qazaxıstanın “Air Astana” aviaşirkəti ABŞ-a birbaşa uçuşları 2020-ci ildən tez olmayaraq həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, uçuşların başlaması üçün bəzi texniki məsələlər, xüsusən aviareyslərin təhlükəsizliyi məsələləri həll edilməlidir. Bütün bu işlərin ilin sonuna qədər yekunlaşdırılacağı gözlənilir.
“Air Astana” 2019-cu ilin sonunadək Yaponiyaya birbaşa uçuşları həyata keçirməyə hazırlaşır.
Aviaşirkətin prezidenti Peter Foster bildirib ki, ABŞ-a uçuşlar gerçəkləşdirmək üçün Birləşmiş Ştatların aviasiya orqanlarının auditi tələb olunur. Bu prosesin ABŞ-ın daxili təhlükəsizlik departamenti tərəfindən təsdiqlənməsinin çox vaxt aparacağı bildirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [21:09]
Nikol Paşinyan: Qarabağ bizim deyildi
- 10.05.2026 [20:24]
Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]