Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır

Bakı, 11 fevral, AZƏRTAC

Səfəvilər dövründə şah sarayında böyük rəğbət qazanmış rəssamlar möhtəşəm uğurlara imza atıblar. Onlar kitablarda xəttatların əlindən getdikcə daha çox yer alırdılar, ölçüləri kiçildilmiş freskalara bənzəyən, bütöv səhifəni tutan iri miniatür kompozisiyalar yaradırdılar. Portret və saray həyatı haqqında səhnələr kimi yeni janrlar yaranırdı, lirik, epik və animalistika kimi janrlar da təkmilləşirdi. Mütəxəssislər XVI əsrin ortalarını - Təhmasib şahın hakimiyyətdə olduğu dövrü Təbriz miniatürlərinin, habelə ümumilikdə Şərq incəsənətinin intibah dövrü hesab edirlər. Osmanlı əlyazmalarında yer alan xüsusi bir miniatürdə Təhmasib şahdan çoxsaylı hədiyyələrin təntənəli surətdə təqdim edilməsi anı təsvir olunub və oradakı hədiyyələrin sayı heyrətamiz dərəcədədir. Ən çox diqqət cəlb edən məqam hədiyyələrin təqdim olunması mərasimində ən ön sırada dayanmış saray əyanlarının əlində Şah Təhmasibin sifarişi ilə hazırlanmış “Şahnamə” əsərinin əlyazmasının olmasıdır və bu əsər ordakı bütün qiymətli hədiyyələrdən daha yüksəkdə tutulur. Bu isə, o dövrdə elm və təhsilə verilən yüksək qiymətdən xəbər verir.

AZƏRTAC Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimlinin “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır” adlı məqaləsini təqdim edir.

Əsrlər boyu Azərbaycanın mədəni irsi bu xalqın böyük keçmişini, bənzərsiz mədəniyyətini və mənşəyini layiqincə təmsil edib. BP, burada fəaliyyətə başladığı ilk günlərdən bəri, Azərbaycanın zəngin mədəni irsi ilə yaxından maraqlanır. Bu günə qədər şirkət tərəfindən Azərbaycan mədəniyyətinin inkişafına, eləcə də onun ecazkar mədəni irsinin təbliğinə dəstək olmaq üçün çoxsaylı uğurlu layihələr gerçəkləşdirilib.

Orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələlərini və onun digər miniatür məktəblərinə təsirini əks etdirən “Təbrizin sehrli nağılları” kitabının nəşri Azərbaycan irsinin dünyaya tanıtdırılması baxımından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın gözəl bir örnəyidir. Bu layihə Mədəniyyət Nazirliyinin, “BP Azərbaycan”ın və “PAŞA Həyat sığortası”nın “IRS Publishing House” nəşriyyatı ilə tərəfdaşlığı nəticəsində həyata keçirilib. Kitabın müəllifi, professor Cəmilə Həsənzadə faktları təqdim edərək Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdıran aparıcı Qərb və Şərq alimlərinin fikirlərindən sitatlar gətirir.

Orta çağlara aid Təbriz miniatürlərinin zəngin mirası dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında nümayiş olunur. Miniatür sənəti orta əsrlərdə bu bölgəyə xas olmuş, geniş yayılmış təsviri incəsənət növlərinin ən parlaq örnəklərindən biridir. Azərbaycan miniatürçülərinin bu ecazkar gözəl sənətə verdiyi töhfələr ölçüyəsığmazdır.

Bütünlükdə, hər kəs tərəfindən qəbul edilir ki, Təbriz ustaları özlərindən sonra çox böyük miras qoyub və dünya mədəniyyətinə böyük töhfələr veriblər. Bu gün Azərbaycan miniatür sənətkarlarının əsərlərini yalnız bir neçə muzeydə görmək mümkündür. Bunlardan ən əsasları sırasında İstanbuldakı “Topkapı” muzeyi və Tehrandakı “Gülüstan” sarayı ilə yanaşı, Nyu-Yorkdakı “Metropolitan” muzeyini, Vaşinqtondakı “Freer” qalereyasını, Dublindəki “Çester Bitti” kitabxanasını, Britaniya muzeyini və Britaniya kitabxanasını, Edinburq Universitetinin kitabxanasını, Rusiya Milli Kitabxanasını, eləcə də Luvr muzeyini və Parisdəki Milli Kitabxananı göstərmək olar. Təbriz ustalarının bir çox qiymətli miniatürləri tədqiqatçılar üçün əlçatmaz olaraq qalır, çünki onlar ictimaiyyətə və elm adamlarına açıqlanmayan xüsusi kolleksiyalarda saxlanılır.

“Təbrizin sehrli nağılları” kitabının nəşr olunması Azərbaycanın 2014-cü il təqvimindəki ən böyük mədəni hadisələrdən biri oldu və milli mədəniyyətin zəngin irsinin yenidən dirçəlməsinə təkan verdi. BP şirkəti, münasibətlərin qurulmasına yönəlmiş səylər çərçivəsində, həmin vaxtdan “Təbrizin sehrli nağılları” kitabını hökumət və parlament nümayəndələrinə, SOCAR və digər tərəfdaşlarına, xarici səfirliklərdə və beynəlxalq qurumlarda əsas əlaqə saxladığı şəxslərə təqdim edib.

Orta əsrlərdə ən qiymətli hədiyyə kimi təqdim olunan, ölkələr, xalqlar və insanlar arasında körpü qurmağa xidmət edən Azərbaycan miniatürləri yenidən dünyanı dolaşmaqdadır. Bu kitabın növbəti səfəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə yüksək qiymət verən BMT-nin Baş katibi Antonio Quterreş qeyd edir ki, bu Mərkəz çətin vaxtlarda cəmiyyətlər və mədəniyyətlər arasında körpü qurur. Belə bir fəaliyyət inklüziv cəmiyyətin yaradılmasında çox mühüm əhəmiyyət daşıyır və BMT-nin dayanıqlı inkişaf məqsədlərində qeyd edilmiş amallara xidmət edir.

BP mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşma qurmaq missiyasını dəstəkləmək üçün “Təbrizin sehrli nağılları”nı bu Beynəlxalq Mərkəzə bağışlayıb. Mərkəz yarandığı 2012-ci ildən etibarən ümumilikdə 90-dan çox ölkəni təmsil edən 3000 nəfər iştirakçı müxtəlif konfrans, forum, seminar və iclaslarda iştirak edib. Bunun sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya liderlərinin öz dəyərli təcrübə və biliklərini bölüşməsi üçün bir foruma çevrilib. Sayı 100 nəfərdən çox olan indiki və sabiq dövlət və hökumət başçıları bu Beynəlxalq Mərkəzin fəaliyyətində iştirak edirlər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2019-cu il noyabrın 27-də Romada təşkil etdiyi “Zorakılıqdan azad: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində sülh, təhlükəsizlik və münaqişələrin qarşısının alınması” beynəlxalq tədbiri çərçivəsində Vatikanda Papa Fransisk ilə görüş zamanı Roma Papası bu Mərkəzin XII əsrin böyük şairinin adını daşımasından ilhamlanaraq “dialoq və qarşılıqlı ehtiram yolu ilə sülhü təşviq etmək məqsədilə günümüzün əsas problemlərini həll etmək əzminə” görə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.

Bu görüş münasibətilə Nizami Gəncəvi Mərkəzi Roma Papası Fransiskə “Təbrizin sehrli nağılları” kitabını hədiyyə edib. Kitabdakı hekayələr funksional və inklüziv cəmiyyətlərin qurulmasına gözəl nümunədir.

Noyabrın 29-da Romada, İtaliya Senatında daha bir yüksək səviyyəli görüş keçirilib. Həmin görüşdə İtaliya Prezidenti Serco Mattarella bu beynəlxalq tədbirin iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Görüş əsnasında “Təbrizin sehrli nağılları” kitabı Prezident Serco Mattarellaya qiymətli hədiyyə olaraq təqdim edilib.

2020-ci ilin yanvar ayında Nizami Gəncəvi Mərkəzinin keçirdiyi beynəlxalq tədbirlər və görüşlər zamanı da inklüziv cəmiyyətlərin qurulmasına nümunə olan “Təbrizin sehrli nağılları” kitabı qiymətli hədiyyə kimi təqdim olunub. Beləliklə, Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, Andorranın Baş Naziri Xavier Espot Zamora və Nobel mükafatı laureatı, uşaq hüquqlarını müdafiə edən fondun və digər ictimai fəaliyyətlə məşğul olan təşkilatların yaradıcısı hindistanlı Kailaş Satyarthi də “Təbrizin sehrli nağılları” ilə tanış olublar.

“Təbrizin sehrli nağılları” kitabının hədiyyə olunduğu məşhurlar sırasında BP-nin Baş İcraçı Direktoru Robert Dadli, OPEC-in Baş katibi Məhəmməd Barkindo, dünya şöhrətli fotoqraf Reza, BMT-nin sülh elçisi, tanınmış musiqiçi və bəstəkar Sami Yusuf, Xəzərin fatehi, Azərbaycan neft sənayesinin canlı əfsanəsi Xoşbəxt Yusifzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov və bir çox digər adlı-sanlı insanlar da var.

BP-nin bu təşəbbüsü dəstəkləyən layihə rəhbəri olaraq, Azərbaycanın qədim miniatür sənəti barədə dünya ictimaiyyətinin məlumatını artıran “Təbrizin sehrli nağılları” kitabının nəşrinə etdiyimiz yardıma görə fəxr edirik.

Azərbaycan, şübhəsiz ki, dünyanın ən tolerant cəmiyyətlərinin ön sırasında yer alır. Zəngin mədəni irsə sahib olan bu kiçik ölkə etnik və dini tolerantlığın nümunəsidir, öz hüdudları daxilində müxtəlif və bənzərsiz etnik qrupları birləşdirən çoxmillətli bir dövlətdir.

Bu gün Azərbaycan firavan bir cəmiyyətin qurulması istiqamətində çox böyük addımlar atır. Onun zəngin mədəni irsi multikulturalizm dəyərlərini uğurla təbliğ edən etnik və dini tolerantlıq nümunəsi kimi qiymətləndirilir. Azərbaycanın mədəni irsi UNESKO-nun dünya üzrə şah əsərlərinin fəxri siyahısında yer alır. Ortaq irsimizi və kimliyimizi dəstəkləyən, cəmiyyətdə və dünyada təqdir olunan müsbət dəyişikliklərlə nəticələnmiş bu mədəni irs təşəbbüslərinin həyata keçirilməsində iştirak etdiyim üçün qürur hissi duyuram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb

Bu gün Beynəlxalq Sülh Günüdür

Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb