Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xuraman Muradova: Türk dünyasının sözü Bakıda birləşdi

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakıda Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə Türk dünyası qadın şairlərinin mötəbər görüşü keçirildi.

AZƏRTAC xəbər verir ki, Türk dünyasının müxtəlif coğrafiyalarından Bakıya gələn şairə xanımların, Azərbaycanın görkəmli ziyalılarının, alimlərinin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi görüşdə ortaq ədəbi-mədəni dəyərlər, qadın poeziyasının Türk dünyasının mənəvi birliyində rolu və xalqlar arasında ədəbi əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə TÜRKSOY-un Baş katibi, yazıçı Sultan Rayev, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, Türk Dünyası Alim Qadınlar Şurasının sədri, professor Mahirə Hüseynova, türkoloq alim Şərəf Cəlilli, yazıçı-publisist Varis Yolçuyev, professor Fuad Məmmədov və digər elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov iştirakçıları salamlayaraq Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafında belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Tədbiri Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova açaraq Türk dünyasının müxtəlif coğrafiyalarından gələn qonaqları salamlayıb.

O, çıxışında şeirin sərhəd tanımayan, insanları və xalqları bir-birinə yaxınlaşdıran mənəvi qüvvə olduğunu bildirib. “Şeir sərhəd tanımır. Şeir pasport istəmir. Şeir bir ürəkdə doğulur, min ürəkdə özünə Vətən tapır. Bu gün bizi qədim və doğma Bakımızda bir araya gətirən də məhz budur – sözün qüdrəti, şeirin nəfəsi və könüllərimizin birliyi”, – deyə Xuraman Muradova vurğulayıb.

İştirakçıları bir araya gətirən yalnız bir ədəbi tədbir deyil, ortaq kök, söz, şeir və mənəvi bağlılıqdır söyləyən natiq deyib: “Bizi burada birləşdirən rəsmiyyət deyil. Bizi birləşdirən könül bağımızdır, sözümüzdür, şeirimizdir, ortaq kökümüz və bir-birimizə olan sevgimizdir”.

Türk dünyasının qadın şairlərinin ilk böyük görüş üçün Azərbaycanın seçilməsinə toxunan Xuraman Muradova bu seçimin ölkənin zəngin ədəbi-mədəni irsi və Türk dünyasının tarixi-mənəvi bağları ilə əlaqədar olduğunu qeyd edib.

Tədbirdə Türkiyədən İnci Okumuş, Gonca Hatunoğlu Yılmaz, Sündüs Arslan Akça, Yüksel Kabaklı, Gülşah Kabaklı və sənətkar İclal Akkaşlan, Özbəkistandan Nərgizə Əsədova, Qazaxıstandan Assel Ospan, Qırğızıstandan Tolqonay Sarıyeva, Şimali Kiprdən Feyzan Korur, Şimali Makedoniyadan Leyla Şərif Emin, Başqırdıstandan Tənzilə Dövlətberdina, Tatarıstandan Şəmsiyyə Cahangirova, Güney Azərbaycandan Şərifə Cəfəri iştirak ediblər.

Müxtəlif ölkə və bölgələri təmsil edən şairə xanımlar çıxışlarında yaradıcılıq yollarından, Türk dünyasının ortaq ədəbi-mədəni irsindən, qadın poeziyasının imkanlarından və ədəbi əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıblar, öz şeirlərindən nümunələr təqdim ediblər.

Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova hər bir qonağın çıxışına münasibət bildirərək Azərbaycanın zəngin ədəbiyyatına və bu ədəbiyyatda qadınların xüsusi roluna diqqət çəkib. “Siz Məhsəti Gəncəvinin poetik nəfəsinin, əfsanəvi Nüşabənin mərdliyinin, Heyran xanımın söz dünyasının, Xurşidbanu Natəvanın incə və kövrək poeziyasının, Əzizə Cəfərzadənin zəngin ədəbi irsinin yaşadığı Vətənə gəlmisiniz”, – deyə o bildirib.

Xuraman Muradova Azərbaycanın elm və mədəniyyət tarixində mühüm iz qoymuş qadınların adlarını da xüsusi ehtiramla çəkib.

“Siz insanların gözünə nur bəxş etmiş, Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi Zərifə xanım Əliyevanın, Şərq və ərəb ədəbiyyatının görkəmli tədqiqatçısı, Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru və professor Aida xanım İmanquliyevanın Vətəninə gəlmisiniz”, – deyə Xuraman Muradova vurğulayıb.

O, həmçinin gənc yaşlarından yaradıcılığını Vətənə, xalqa, insana və sevgiyə həsr edən, poeziyasında Azərbaycan sevgisini və mənəvi dəyərləri yaşadan Leyla Əliyevanın adını qeyd edib.

“Türk dünyasının şairə xanımlarını qarşılayan Azərbaycan belə qüdrətli qadınların, böyük söz və elm adamlarının, qədim mədəniyyətin və zəngin mənəvi irsin Vətənidir”, – deyə Xuraman Muradova bildirib.

Çıxışında Azərbaycanın Türk dünyası ilə əlaqələrinin inkişafına toxunan Xuraman Muradova bildirib ki, tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi istiqamətində görülən işlər ortaq dəyərlərin yaşadılmasına xidmət edir.

O, qonaqlara Azərbaycanın tarixi Zəfər qazanmış bir ölkə olduğunu xatırladaraq, xalqımızın birliyi və dövlətimizin gücü ilə əldə edilən nailiyyətlərin ölkənin Türk dünyasındakı mövqeyində də öz əksini tapdığını söyləyib.

Xuraman Muradova Azərbaycan qadınının ictimai və mədəni həyatdakı rolundan danışarkən Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mədəniyyətimizin və Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliğindəki müstəsna xidmətlərini də xüsusi vurğulayıb.

Tədbirin dövlətimizin dəstəyi ilə keçirilməsini Türk dünyasının ədəbi-mədəni birliyinə, ortaq sözə və mənəvi bağlara verilən dəyərin ifadəsi kimi qiymətləndirən natiq bu görüşün gələcək yaradıcılıq əlaqələri üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.

“Bu, sadəcə bir ədəbi tədbir deyil. Bu, eyni kökün budaqlarının yenidən bir-birinə sarılması, sözün sözə, şeirin şeirə, könlün könülə qovuşmasıdır”, – deyə o qeyd edib.

Türk Dünyası Qadın Şairlər Birliyinin Başqanı ona göstərilən etimadın böyük məsuliyyət olduğunu vurğulayıb. “Məni Türk Dünyası Qadın Şairlər Birliyinin Başqanı görməyə layiq bildiyiniz, mənə inandığınız və etimad göstərdiyiniz üçün, başda dəyərli Sərhat Kabaklı olmaqla, Türk dünyasının bütün şairə xanımlarına və bu birliyə könül verən hər kəsə ürəkdən təşəkkür edirəm. Bu etimad mənim üçün yalnız bir şərəf deyil, Türk dünyasının qadın sözünə, ədəbiyyatına, mədəniyyətinə və mənəvi birliyinə xidmət etmək məsuliyyətidir”, – deyə Xuraman Muradova bildirib.

O, uzaq yolları aşaraq Azərbaycana gələn bütün şairə xanımlara, tədbirin iştirakçılarına, ziyalılara və Atatürk Mərkəzinə təşəkkürünü ifadə edib.

Tədbirin sonunda Xuraman Muradova Türk dünyasının qadınlarına həsr etdiyi şeirini səsləndirib.

O, çıxışını Türk dünyasının mənəvi birliyinə həsr etdiyi fikirlərlə tamamlayıb: “Qoy sözümüz birliyimiz olsun! Qələmimiz körpümüz olsun! Şeirimiz ürəkdən-ürəyə uzanan əbədi könül bağımız olsun!”

Xuraman Muradova bildirib ki, bu görüşdə Bakı bir daha sözün və poeziyanın sərhədləri aşan gücünü nümayiş etdirib:

“Şeir sərhəd tanımır.

Şeir pasport istəmir.

Şeir bir ürəkdə doğulur, min ürəkdə özünə Vətən tapır.

Həmin gün o Vətən Azərbaycan, o ünvan Bakı, o böyük mənəvi qüvvə isə Türk dünyasının birliyi idi”.

Tədbir Türk dünyasının qadın şairləri arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, ortaq ədəbi irsin təbliği və xalqlar arasında mənəvi bağların daha da möhkəmləndirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi ilə davam edib.

Rəsmi tədbirdən sonra Azərbaycan Respublikası Prezidentinin Kitabxanasında davam edən səmimi görüş Türk dünyasının qadın şairlərini bir daha eyni sözün, eyni sevginin və eyni mənəvi yaddaşın ətrafında bir araya gətirib, bu əlamətdar günü ədəbiyyat və dostluq adına unudulmaz bir xatirəyə çevirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

“Meta”, “TikTok” və “X” Böyük Britaniyanın mediatənzimləyicisinə qarşı məhkəmədə uduzub