Rəcəb Tayyib Ərdoğan: Türkiyə hər zaman Azərbaycanın yanındadır
Bakı, 13 sentyabr, AZƏRTAC
Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və ölkələrimiz həmrəydirlər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı bildirib.
Türkiyə Prezidenti Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar dövlətimizin başçısına, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:03]
Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb
- 10.05.2026 [12:56]