“River Pleyt” Madriddə “Libertadores” kubokunun final matçından imtina edib
Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC
“Libertadores” kuboku uğrunda Argentinanın “River Pleyt” və “Boka Xuniors” klubları arasında final matçının cavab görüşü İspaniyanın paytaxtı Madriddə keçiriləcək. Bu qərardan sonra “River Pleyt” klubunun rəhbərliyi final matçından imtina edib.
AZƏRTAC xəbər verir ki, “River Pleyt” klubunun prezidenti Rodolfo Donofrio bu qərara etirazını bildirərək deyib: “Klubun azarkeşlərinin hər hansı qayda pozuntusuna biz məsuliyyət daşımırıq. Onlarla heç bir əlaqəmiz yoxudur və bunu biz siğorta edə bilmərik. Final oyununun Madriddə keçirilməsini qarşılaşmaya gələn 66 min pərəstişkarımızın ünvanına hörmətsizlik kimi qiymətləndiririk. Düşünürəm ki, Argentina Futbol Federasiyası (AFA) “super klassiko”nun ölkəmizdən qıraqda keçirilməsinə qarşı çıxmalıdır”.
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) görüşün Argentinanın hüdudlarından kənarda keçiriləcəyini açıqlayandan sonra oyuna ev sahibliyi ilə bağlı bir neçə şəhərdən təklif irəli sürülüb. Uzun müzakirələrdən sonra CONMEBOL rəhbərliyi matçın Madriddə keçirilməsinə dair qərar qəbul edib.
Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də “Alberto Armando” stadionunda keçirilən ilk matçda qalib müəyyənləşməyib - 2:2. Daha əvvəl cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb. Bundan sonra hüquq-mühafizə orqanları “Libertadores” kubokunun cavab matçında təhlükəsizliyi təmin etməkdən boyun qaçırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [15:57]
Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq
- 17.08.2026 [15:47]
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır
- 17.08.2026 [14:18]
“Sumqayıt”ın kapitanı əməliyyat olunub
- 17.08.2026 [14:15]
“İmişli” gənc futbolçusu ilə vidalaşıb
- 17.08.2026 [13:12]
Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb
- 17.08.2026 [12:56]
Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb
- 17.08.2026 [12:44]
“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır
- 17.08.2026 [11:47]
“Gəncə” yerli basketbolçu transfer edib
- 17.08.2026 [11:45]