MƏDƏNİYYƏT


SEVDA MƏMMƏDƏLİYEVA FRANSA ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın “İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeninə layiq görülmüşdür.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə Fransanın Azərbaycandakı səfirliyində ordenin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Jan-İv Berto ordeni Sevda Məmmədəliyevaya təqdim etmişdir.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumla əlaqədar Azərbaycanda səfərdə olan Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyyə Cəbran, dövlət və hökumət nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri  iştirak etmişlər.

Çıxış edənlər Sevda xanım Məmmədəliyevaya təqdim olunan bu mükafatı bütövlükdə Azərbaycan mədəniyyətinə verilən mükafat kimi qiymətləndirmişlər.

Sevda Məmmədəliyeva yüksək mükafata görə əlaqədar təşkilatlara dərin minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.