REGİONLAR
Samuxlu gənclər hərbi xidmətə yola salınıblar
Samux, 13 iyun, Rauf Hacıyev, AZƏRTAC
Samux rayonunda çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 13-də keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi, mayor Nazim Çələbiyev, “Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Samux rayon bölməsinin sədri Mirzəmməd Orucov, ağsaqqallar şurasının sədri Gəray Bayramov, Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, valideynlər və başqaları çıxış edərək gənc çağırışları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda gənc çağırışçılar Azərbaycan Respublikasının dövlət bayrağını öpərək xidmət keçəcəkləri hərbi hissələrə yola salınıblar.