Tərəvəzçilik elminin müxtəlif istiqamətləri üzrə təlim mərkəzi qurulacaq
Bakı, 15 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs ilə Türkiyənin Karvizyon Təhsil Məktəbi arasında tərəvəzçilik elminin müxtəlif istiqamətləri üzrə təlim mərkəzi qurulacaq.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Karvizyon Təhsil Məktəbi arasında qarşılıqlı əməkdaşlıqla bağlı anlaşma memarandumu imzalanıb.
Mərkəzdə əkinçilik və heyvandarlıq sektorunda fəaliyyət göstərən fermerlərə təlim keçmək nəzərdə tutulur.
Qeyd edək ki, Karvizyon Təhsil Məktəbinin rəhbərliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılan şəraitlə də yaxından tanış olub.