Türkiyə Prezidenti bələdiyyə seçkiləri üçün Ankara üzrə namizədlərin adlarını açıqlayıb
Ankara, 1 yanvar, AZƏRTAC
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də keçiriləcək bələdiyyə seçkilərində Ankara şəhəri üzrə namizədlərinin adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ankarada partiya fəallarının iştirakı ilə keçirilən ümumşəhər toplantısında məlumat verib.
Beləliklə, AKP-dən Ankara Böyükşəhər Bələdiyyəsinin sədrliyinə Mehmet Özhaseki namizəd olub. Paytaxtın 20 rayonu üzrə 14-ü üçün yeni namizəd irəli sürülüb. Bundan başqa, dövlət başçısı Ankaranın Etimesgut, Gölbaşı və Polatlı rayonlarına Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədlərini təqdim edərək bildirib ki, Ədalət və İnkişaf Partiyası “Cümhur ittifaqı”nın şərtlərinə görə MHP-dən olan namizədləri dəstəkləyəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]