Ukrayna XİN Azərbaycan və Ermənistan sərhədində yaranan gərginliklə bağlı rəsmi bəyanat yayıb
Kiyev, 13 iyul, AZƏRTAC
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədində yaranmış gərginliklə bağlı rəsmi bəyanat yayıb.
AZƏRTAC Ukrayna XİN-in rəsmi saytına istinadla xəbər verir ki, rəsmi Kiyev bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edir.
Ukrayna hesab edir ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllini tapmalıdır.
“Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [12:55]
Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib
- 04.09.2026 [12:04]
Mariyana Kuyundziç: Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir
- 04.09.2026 [11:51]
Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb
- 04.09.2026 [11:09]
Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur
- 04.09.2026 [02:28]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb
- 04.09.2026 [00:04]
Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
- 03.09.2026 [19:42]
ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
NBA klubuna ağır cəza verilib
- [11:27]
Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib
- 03.09.2026 [23:27]
Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib
- 03.09.2026 [23:04]