Azərbaycan Dövlət İnformasiya Agentliyi

Olimpiada səviyyəsində riyazi biliklər şagirdlərə gələcəyi qurmaq bacarığı aşılayır

Olimpiada səviyyəsində riyazi biliklər şagirdlərə gələcəyi qurmaq bacarığı aşılayır

Bakı, 4 sentyabr, AZƏRTAC

Riyaziyyat olimpiadaları şagirdlərə yalnız yüksəksəviyyəli riyazi biliklər qazandırmır, eyni zamanda, onların məntiqi və analitik düşünmə, çətin situasiyalarda düzgün qərar qəbuletmə və qarşıya çıxan problemlərin həlli yollarını müstəqil şəkildə tapmaq bacarıqlarını inkişaf etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov söyləyib. O bildirib ki, olimpiada səviyyəsində riyaziyyatla məşğul olan şagirdlər gələcəkdə müxtəlif sahələrdə uğur qazanmaq üçün mühüm üstünlüklər əldə edirlər. Onlar çətinlik qarşısında geri çəkilməməyə, fərqli yanaşmalar axtarmağa və problemin həlli üçün alternativ yollar düşünməyə alışırlar.

Müsahibimiz vurğulayıb ki, son illər dövlət tərəfindən olimpiada qaliblərinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar da şagirdlərin motivasiyasına müsbət təsir göstərir. Olimpiadalarda medal qazanan şagirdlər üçün ali məktəblərə müsabiqədənkənar qəbul imkanlarının yaradılması onların əldə etdikləri nəticənin dövlət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. O, nümunə kimi şagirdlərindən Dərgah Quliyevin ADA Universitetinə müsabiqədənkənar qəbul olduğunu qeyd edib. Eyni zamanda diqqətə çatdırıb ki, olimpiadada medal qazanmaq əsas məqsəd kimi qəbul edilməməlidir. Çünki medal sayı məhduddur və yüksək səviyyədə hazırlaşan bütün şagirdlərin eyni nəticə əldə etməsi mümkün deyil.

Məftun Əhmədovun fikrincə, şagird olimpiadaçı təfəkkürünə yiyələnirsə, problemə müxtəlif istiqamətlərdən yanaşmağı, təhlil etməyi bacarırsa, bu bacarıqlar onun gələcək həyatında daha böyük əhəmiyyət daşıyır: “Əsas odur ki, insan olimpiadaya uyğun düşünür, təhlil edir. Biz uşaq 11-ci sinfi bitirəndən sonra gedib onun əlindən tutaraq müxtəlif mühitlərdə onun üçün hər şeyi idarə etməyəcəyik. Biz elə etməliyik ki, müxtəlif çətin vəziyyətlərdə uşaq özünə yol tapa bilsin. Biz onu bir müəllim olaraq öyrətməliyik. Müəllim şagirdə gələcəyini qurmağı öyrətməlidir.

Təhsil prosesində uşağın müxtəlif situasiyalarda düzgün qərar vermək və problemdən çıxış yolu tapmaq qabiliyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Müəllim şagirdlərə düşünməyi öyrədirsə, uşaq özü öz gələcəyini quracaq”.

Olimpiada məsələlərinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd edən Məftun Əhmədov adi imtahanlarla olimpiada arasındakı fərqə də diqqət çəkib. Bildirib ki, ənənəvi imtahanlarda şagird çoxsaylı sualları qısa müddətdə cavablandırmağa çalışırsa, olimpiadada əsas məqsəd mürəkkəb problemin üzərində uzun müddət düşünmək və onun həllini tapmaqdır: “Məsələn, buraxılış imtahanında riyaziyyatdan 25 sual olur və uşaq asan sualları tez həll edir. Amma olimpiadada üç sual olur, dörd saat yarım vaxt verilir. Aydın məsələdir ki, çətin sual olduğu üçün bu qədər vaxt verilir”.

Müəllimin fikrincə, belə mürəkkəb tapşırıqlar üzərində uzun müddət işləmək şagirdə səbirli olmağı, problemin müxtəlif həll yollarını araşdırmağı və ilk cəhddə nəticə əldə etmədikdə ruhdan düşməməyi öyrədir: “Əgər uşaq o çətin situasiyada cavabı tapa bilirsə, deməli, sabah real vəziyyət olanda, bu bacarıqları ona kömək edəcək. Öyrəndiyi metodlar vasitəsilə problemlərini həll edə biləcək”. Müəllim əlavə edib ki, təhsilin əsas məqsədlərindən biri yalnız yüksək bal toplayan şagird yetişdirmək deyil, qarşılaşdığı problemləri müstəqil şəkildə həll edə bilən, düşünən və qərar qəbul etməyi bacaran gənclər formalaşdırmaqdır.

“Şagirdə düşünməyi öyrətmək onun gələcəyini hazır şəkildə müəyyənləşdirməkdən daha vacibdir. Çünki düşünməyi bacaran insan öz qarşısına çıxan yeni imkanları da, çətinlikləri də qiymətləndirərək gələcəyini formalaşdıra bilər”, – deyə müsahibimiz bildirib. 

Müxbir - Tünzalə Arazlı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDYPİ: Normadan artıq yüklənmə həm yolları sıradan çıxarır, həm də qəza riskini artırır

® İRİA-nın təşkilatçılığı ilə keçirilən vörkşopda nəqliyyat sektorunda çağırışlar və innovativ həllər müzakirə olunub

Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır

Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb

Azərbaycanın “Agro AI” startapı “Microsoft for Startups” proqramına qəbul edilib

Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Astanada Azərbaycanın sanatoriya-kurort potensialı təqdim olunub

Ortopediya Cəmiyyətinin sədri: Bugünkü konqres Türk dünyası travmatoloq-ortopedlərinin gələcəyə baxışının təzahürüdür

Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı üçün seçimlərdə 76 futbolçu iştirak edir

Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB

Gürcüstanın Poti limanında yük daşımaları artıb

ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb

ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərə start veriləcək

Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq

Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir

Murat Kurum: Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qızılın qiyməti həftəni cüzi artımla tamamlayır

Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm

“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub

Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb

Ayxan Abbasov: Klublar gənclərə inanmalıdır ki, millidə yeni oyunçular görək

Dosent: Qırğız akını ilə Azərbaycan aşığı arasında tipoloji yaxınlıq aydın şəkildə görünür

Olimpiada səviyyəsində riyazi biliklər şagirdlərə gələcəyi qurmaq bacarığı aşılayır

BMT-nin Baş Assambleyası “BMT-80” təşəbbüsü çərçivəsində ilk struktur dəyişikliyini təsdiqləyib

Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

Renat Dadaşov Ukrayna klubuna keçir - EKSKLÜZİV

Neft qiymətləri iyuldan bəri ən böyük həftəlik artıma hazırlaşır

El-Nino səbəbindən ekstremal hava hadisələri 2027-ci ilədək arta bilər

Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib

Çimərlik polosu üzrə beynəlxalq turnirdə çıxış edəcək Azərbaycan komandasının açıq məşqi olub

Beyləqan və Füzuli sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dövlət qurumlarına xidmət göstərən şirkətlərin sistemlərindən istifadə edilməklə 3 kibermüdaxilə halı aşkarlanıb - AÇIQLAMA

Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir

Dəmir Yolları: Səkkiz ayda 7,3 milyondan çox sərnişin daşınıb

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Şənbə gününə olan hava proqnozu açıqlanıb

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı

Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək

MİDA: Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib

Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib

İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur

Xüsusi tapşırıqlar üzrə səfir: Cənubi Qafqazda münaqişə gündəliyini sülh gündəliyi əvəz edir

Mariyana Kuyundziç: Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir

Fatimə Bədəlova: Direktor olsaydım, hər şagirdə dərsliklərlə yanaşı, maraqlı bir kitab da verərdim

ABŞ-nin xarici ticarət kəsiri 2025-ci ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Bu saata olan əsas xəbərlər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən din xadimləri Azərbaycana səfər edəcəklər

Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük prosesini yenidən bloklayıb

Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb

Milli Depozit Mərkəzinin iki beynəlxalq depozitar sistemə üzvlüyü ilə bağlı məsələlər nəzərdən keçirilib

Cəmşid Əmirov: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir

Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb

“LINKS Europe” Fondunun direktoru Avropa-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasını təklif edib

AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

“Volotea” aviaşirkətində tətil həyəcanı: Yüzlərlə uçuş risk altındadır

Macarıstanda kommunist dövrünə aid məxfi xidmət arxivlərindən 80 minədək şəxsin adı açıqlana bilər

Təhsil İnstitutunun rəsmisi: DİM imtahanlarında PISA tipli tapşırıqların tətbiq edilməsi gözlənilir

MİDA-nın növbəti güzəştli mənzil satışı ilin sonuna planlaşdırılır

Azərbaycan və Özbəkistan arasında mədəni körpülər Buxarada möhkəmlənir

Elnur Əliyev: Səriştəəsaslı məzmun və qiymətləndirmə istiqamətində mühüm islahatlar həyata keçirilib

MİDA: Mənzillərin xeyli hissəsi vətəndaşlar tərəfindən seçilib

NBA klubuna ağır cəza verilib

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlanılıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb