Beyləqan və Füzuli sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinləniləcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev sentyabrın 18-i saat 11:00-da Beyləqan rayonunda Füzuli və Beyləqan sakinlərini qəbul edəcək.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, sentyabrın 11-dək Fondun Beyləqan və Füzuli rayonlarında yerləşən qəbul şöbələrinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [12:29]
Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
- 04.09.2026 [12:27]
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
- 04.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 04.09.2026 [11:13]
Yüksək bal toplayan xaçmazlı tələbələr mükafatlandırılıb
- 04.09.2026 [11:07]
Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN
- 04.09.2026 [10:57]