“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Bakı, 4 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini təqdim edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın 8-ci nömrəsində 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, həmçinin müsabiqə nəticəsində ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
Jurnalın 9-cu nömrəsində isə 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı və ixtisaslar üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları təqdim edilib.
Nəşrlərin elektron versiyasını (PDF formatında) “Abituriyent” jurnalının internet səhifəsindən əldə etmək mümkündür.