Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların iştirakı ilə Qran-Pri turniri keçirilib.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov yarışda uğurlu çıxış edərək qızıl medal qazanıb.
K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Yaponiyanı təmsil edən Mitsuya Tanakanı məğlub edib. Sabir Zeynalov yarımfinalda Tayvan təmsilçisi Xianq Ven üzərində qələbə qazanaraq finala yüksəlib.
Həlledici görüşdə Braziliya idmançısı Qustavo Ruppeli məğlub edən parataekvondoçu qızıl medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [13:43]
Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq
- 04.09.2026 [13:26]
Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm
- 04.09.2026 [13:21]
Ayxan Abbasov: Klublar gənclərə inanmalıdır ki, millidə yeni oyunçular görək
- 04.09.2026 [13:00]
Renat Dadaşov Ukrayna klubuna keçir - EKSKLÜZİV
- 04.09.2026 [11:27]