DÜNYA


Ukraynada prezidentliyə namizədlərin növbəti reytinqi açıqlanıb

Kiyev, 11 yanvar, AZƏRTAC

Ukraynada prezidentliyə namizədlərin növbəti reytinqi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Təhlil və Proqnozlaşdırma İnstitutunun dekabrın 26-sı və yanvarın 4-də paytaxt Kiyev və 24 vilayətdə apardığı sorğunun nəticələrinə görə, Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko (19,3 faiz) səsvermədə iştirak edənlərin daha çox səsini qazanıb. İlk dördlüyü isə şoumen Vladimir Zelenski (12,9 faiz), Ali Radada müxalifət blokunun lideri Yuri Boyko (11,6 faiz), hazırkı prezident Petro Poroşenko (11,3) tutur. Sorğuda 2016 respondent iştirak edib.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.