Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazın 5 cazibədar turistik məkanı

Bakı, 22 sentyabr, AZƏRTAC

Xaçmaz rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və gözəl təbiəti ilə seçilən bölgəsidir. Bu üstünlüklərinə görə o, uzun müddətdir ki, turistləri özünə cəlb edir və haqlı olaraq ölkənin turizm mərkəzlərindən biri hesab olunur.

Biz səyyahlar üçün Xaçmazda bir neçə əsas görməli yer seçmişik.

Tarixə ekskurs - diyarşünaslıq muzeyi

Xaçmazın tarixi və təbiəti ilə Tarix-Diyarşünaslıq Muzeyində daha yaxından tanış ola bilərsiniz. 1981-ci ildən fəaliyyət göstərən bu muzey 2013-cü ildə Xaçmaz şəhərindəki Heydər Əliyev prospektində yeni, müasir binaya köçürülüb. Tarix-Diyarşünaslıq Muzeyində turistlər üçün çoxlu sayda maraqlı eksponatlar var. Bu eksponatlar həm Xaçmaz rayonu, həm də bütövlükdə ölkənin qədim tarixini və mədəni irsini əks etdirir. Hazırda burada 2 mindən çoxu nümayiş etdirilən və 2800-ü muzey fondlarında saxlanılan 5 min eksponat toplanıb.

Rayonun ərazisində arxeoloji ekspedisiyalar zamanı təxminən 4 min il yaşı olan, qədim türklərə aid 28 kurqan aşkar edilib.

Muzeyin zallarında Xaçmaz rayonunun Ləcət kəndində qazıntılar zamanı aşkarlanan, eramızdan əvvəl (e.ə.) I minilliyə aid çini küp görmək olar. Eksponatlar arasında, həmçinin tarixin Qafqaz Albaniyası dövrünə aid bürünc ucluq, sümük iynələr, daş alətlər, gil səhənglər (e.ə. I əsr - eramızın I əsri), zərdüştlük dövrünə aid gil ayin əşyası, mis qab, çoxsaylı saxsı (VI-V əsrlər), çini qablar (XII-XIII əsrlər) və s. eksponatlar yer alır.

Numizmatika guşəsi seyrçilərin xüsusi marağına səbəb olur. Burada müxtəlif tarixi dövrlərə - Atabəylər (XII əsr), Şirvanşah Mənuçöhr (XII əsr) və Gəncə dövrlərinə (XVII əsr) aid pul və sikkə nümunələri toplanıb.

Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, o cümlədən xalçalar və bəzək əşyaları nümayiş etdirilir. “40 açar” adlı kiçik gümüş qab da görənlərdə maraq doğurur. Mahir usta onun üzərində ərəb dilində qırx dua həkk edib.

Heydər Əliyev Seyrəngahı

Xaçmazın xüsusi qüruru hətta paytaxtda rast gələ bilməyəcəyiniz parklardır. Böyük heykəlləri, nəfis fəvvarələri və ekzotik bitkiləri olan Xaçmaz parkları sürprizlərlə dolu bu şəhərin hətta görüb-götürmüş qonaqlarını belə heyrətləndirə bilər.

Şəhər sakinləri və qonaqların ən sevimli istirahət yerlərindən biri uzunluğu 2 kilometr və ümumi sahəsi təxminən 5 hektar olan Heydər Əliyev Seyrəngahıdır. Parkın xüsusiyyətlərindən biri onun Bakı prospektinin hər iki tərəfində yerləşməsidir. Nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq, insanların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün prospektdə xüsusi mozaika ilə bəzədilən, uzunluğu 24 metr olan iki piyada keçidi tikilib.

Parkdakı fəvvarələrdən biri 12 metr hündürlüyə malik samovar şəklindədir. Digər bir fəvvarə sanki havada asılı qalan çaydan formasında düzəldilib. Azərbaycan mədəniyyətində görkəmli yer tutan ətirli içkinin rəmzləşdirilməsi təsadüfi deyil. Belə ki, məhz Xaçmazda, Canaxır kəndindəki kurqanda 1982-ci ildə e.ə. III-II əsrə aid qədim samovar aşkar edilib. Onunla birlikdə ənənəvi neft lampası da tapılıb. Elə lampa da bu parkdakı heykəllərin biri ilə rəmzləşdirilib.

Nəhayət, parkdakı daha bir, gülabı simvolizə edən füsunkar bardaq heykəlini qeyd edək.

Bütün parklar kimi, burada da istirahət edənlər üçün çoxlu kafe, çayxana, restoran, rahat skamyalar və xiyabanlar var. 

Çənlibel parkı

Adını “Koroğlu” dastanından götürən Çənlibel parkı da Xaçmazın görməli yerlərindən biridir. Parkın mərkəzi fiquru Qıratın belində oturmuş əli qılınclı Koroğlunun abidəsidir. Parkdakı divarlarda dastana və tarixə aid müxtəlif freskalar təsvir edilib.

2008-ci ildə 5 hektar ərazidə salınan Çənlibel parkı uşaqlar üçün də cansıxıcı olmayacaq. Burada onların əylənməsi üçün müxtəlif karusel və yelləncəklər qoyulub, park boyu rəngarəng heykəltəraşlıq kompozisiyaları quraşdırılıb. Məsələn, qoyun sürüsünü qabağına qatan çoban, yaxınlıqdakı otlaqda ördək sürüsü, zürafə, qəribə inək, nağıl qəhrəmanı Şrek, süni şəlaləli nohurda ağ qu quşları. Sanki havada asılı qalan kran şəkilli fəvvarə də diqqəti özünə çəkir.

Xudat - qala-şəhər

Xaçmaz rayonunda yerləşən qədim Xudat şəhəri XVIII əsrin əvvəllərində Quba xanlığının paytaxtı və möhkəm istehkam olub. 1735-ci ildə Fətəli xanın iqamətgahını Qubaya köçürməsi ilə əlaqədar şəhər öz əhəmiyyətini itirib. Mənbəyini buradakı Şollar kəndindən götürən məşhur Şollar su xətti 1917-ci ildə istifadəyə verilib və Azərbaycan paytaxtının içməli su təminatında hələ də mühüm rol oynayır.

Xudata səfər edərkən buradakı müalicəvi isti mineral suları olan termal hamamlara mütləq baş çəkin.

Rayonda 60-dan çox tarixi və mədəni abidə qalıb: Qaraqurdlu kəndində Şah Abbas məscid-mədrəsəsi (XV-XVI əsrlər), Moruqoba, Uzunoba, Tağaroba kəndlərində məscidlər, Mollabürhanlı, Hülövlü, Qaracik, Həsənqala kəndləri yaxınlığında tunc dövrünə aid qədim yaşayış yerləri, kurqanlar və s.

Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılıb. O, XVI-XVII əsrlərdə tikintisi geniş yayılan ilkin türbələrdən biridir. Qaladağ dağının zirvəsində Gavur qalasının dağıntıları qalmaqdadır.

Nabran - çimərlik turizminin mərkəzi

Bakıdan 229 kilometr və Xaçmaz rayonunun inzibati mərkəzindən 43 kilometr məsafədə, Xəzərin sahilində yerləşən Nabran qəsəbəsi bəlkə də Azərbaycanın ən məşhur kurort zonasıdır. Bu şöhrət təsadüfən yaranmayıb. Burada çoxsaylı dəniz çimərlikləri, kölgəli meşələr, sərin və isti bulaqlar, mənzərəli körfəzlər bir-biri ilə uzlaşır. Kimi dəniz kənarında qızılı qum üstündə özünə günə verməyi, kimi meşədə gəzməyi xoşlayır. Elələri də var ki, onları zəngin və rəngarəng gecə həyatı cəlb edir.

Nabranda çoxlu sayda və müxtəlif pansionat, otel və turizm mərkəzləri yerləşir. Xaçmaz şəhərindən Nabrana yarım saatlıq yoldur.

Turist komplekslərinin birində qalaraq, asanlıqla yaxın şəhər və kəndlərə səfərlər və ekskursiyalar edə bilərsiniz.

Nəhayət, qeyd edək ki, payızdan yazadək Nabranın demək olar ki, bütün turist komplekslərində 70 faizə qədər böyük endirim olur.

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü

Materialın hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin “Xaçmaz” bukletindəki informasiyadan istifadə olunub

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

Yeni tədris ili: 3500-dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək

Ədəbiyyatla dolu buruqlar: neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir

ISESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib

Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb

Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksəkixtisaslı kadrlara böyük ehtiyac var

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK VİDEO

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb

“Pullu komediya” tamaşasının məşqləri davam edir

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü - FOTOLARDA

Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Bu il muxtar respublikada 49 mindən çox şagird təhsil alacaq VİDEO

Azərbaycan dili müəllimi: “Zəif şagird” ifadəsini doğru qəbul etmirəm

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidentinin baş müşaviri: Həmrəyliyin daha da güclənməsi Türk Dövlətləri Təşkilatının gələcəyindən xəbər verir

Azərbaycan millisinin basketbolçusu: Göstərə biləcəyimiz maksimum nəticəni əldə etdik

ICESCO "İslam dünyasının sivilizasiya platforması” adlı xüsusi proqramının hazırlanmasını başa çatdırıb

Fransada universitet ödənişləri beşqat arta bilər: tələbələr və ekspertlər üz-üzə

Bakı Dövlət Universitetində Bilik Günü qeyd olunub

Baş Kollektiv Saziş çərçivəsində işçilər hansı əlavə təminatlar əldə edəcəklər?

Yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 94 dollardan çox olub

Birinci yarımildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 748 milyon dolları ötüb