MƏDƏNİYYƏT


Xalq artisti Vaqif Əsədov vəfat edib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov 75 yaşında dünyasını dəyişib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il mayın 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.