Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin iyunu

Bakı, 2 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

4 iyun. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ordu quruculuğuna həsr olunmuş müşavirə keçirdi.

7 iyun. Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etdi.

9-10 iyun. Türkiyədə işgüzar səfərdə oldu.

13 iyun. “Rossiyskaya qazeta”nın müxbirinə müsahibə verdi.

16 iyun. İsrailin Azərbaycandakı səfirini qəbul etdi.

20 iyun. Aşura günü ilə əlaqədar Bakıdakı Təzəpir məscidini ziyarət etdi.

21 iyun. Respublika iqtisadiyyatında və digər sahələrdə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirdi.

23 iyun. Xalq şairi Xəlil Rza Ulutürklə vida mərasimində iştirak etdi.

24 iyun. Səttarxan adına zavodun 100 illiyi münasibətilə müəssisənin kollektivi ilə görüşdü.

28 iyun. Bakı ilə London arasında birbaşa peyk telefon rabitəsi xəttinin açılış mərasimində iştirak etdi.

XXX

Ulu Öndər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verirdi. Bu münasibətlərin əsası Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri olarkən qoyulmuşdu. Sonralar dövlət başçılarının, eləcə də yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri iki qardaş ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoydu. Belə səfərlərdən biri 1994-cü il iyunun 9-10-da oldu. Türkiyənin dövlət və hökumət başçıları ilə görüşlər keçirən Heydər Əliyev fürsətdən istifadə edərək, Böyük Britaniya, İsveç, ABŞ və Yunanıstanın yüksəkvəzifəli şəxsləri ilə də danışıqlar apardı. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan ilk addımlar kimi tarix səhifələrinə yazılırdı.

Heydər Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, milli maraqları qətiyyətlə müdafiə etməsi, ölkənin dünyaya inteqrasiyası istiqamətində gördüyü effektiv işlər xarici mətbuatın da diqqətindən yayınmırdı. Ulu Öndər KİV-ə verdiyi müsahibələrdə beynəlxalq arenada Azərbaycana münasibət, respublikamızın geosiyasi mövqeyi barədə mülahizələrini bildirir, fikirlərini açıq söyləməkdən çəkinmirdi. Bu baxımdan onun “Rossiyskaya qazeta”ya müsahibəsi də diqqət çəkir. Müxbirin suallarından biri Qafqazdakı vəziyyət, Rusiyanın bu regiona münasibətdə dəqiq konsepsiyanın olub-olmaması barədə idi. Sualı tarixi faktlara və mövcud reallığa əsaslanaraq cavablandıran Heydər Əliyev demişdi: “Rusiyanın hansısa dəqiq mövqeyinin olub-olmamasını demək mənə çətindir. Amma fakt odur ki, Qafqaz çox mürəkkəb regiondur, daha düşünülmüş, ölçülüb-biçilmiş, çox müdrik mövqe tələb edir, Rusiya isə böyük ölkədir. Qafqaz 200 ildən artıqdır onun tərkibindədir - istər çar Rusiyası olsun, istərsə də Rusiyanın hakim olduğu SSRİ. Rusiya da bütün Qafqaz respublikalarına eyni münasibət bəsləməlidir. Əgər bu və ya digər tərəfə sarı meyil olsa, bu, vəziyyətin mürəkkəbləşməsinə və nəticə etibarilə onun regionda nüfuzunun itirməsinə gətirib çıxaracaq. Təkrar edirəm, Rusiyanın hansı xalqla tarixən daha çox bağlı olduğundan, dini mənsubiyyətdən asılı olmayaraq ölçülüb-biçilmiş mövqeyi olmalıdır. Mənə elə gəlir ki, məhz bu halda həm Rusiyanın Qafqazda daha böyük nüfuzu olacaq, həm də Qafqazda daha çox sakitlik təmin ediləcək. Qafqazda daha çox sakitlik isə Rusiyada daha çox sakitlik deməkdir”.

Bu fikrin səsləndiyi vaxtdan 28 il ötüb. Ulu Öndərin uzaqgörənliyinin daha bir sübutu kimi bu gün Qafqazdakı vəziyyətə, Rusiyanın region ölkələrinə münasibətinə nəzər salmaq kifayət edər.

1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı dərin böhran keçirirdi. Dövlət müəssisə və təşkilatlarının maliyyə və kredit ehtiyatlarından səmərəsiz istifadə olunması, əsassız surətdə qeyri-dövlət strukturlarına yönəldilməsi öz mənfi təsirini göstərirdi. Eyni zamanda, əməkhaqqının və valyuta bazarının tənzimlənməsinin dəqiq mexanizmi yox idi. Nəticədə əhalinin sosial vəziyyəti çətinləşirdi. Bütün bunları nəzərə alan Heydər Əliyev 1994-cü il iyunun 15-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman imzaladı. İyunun 21-də isə respublika iqtisadiyyatında və digər sahələrdə cari məsələlərə həsr olunmuş müşavirə keçirdi. Dahi rəhbər müşavirədəki çıxışında əhalinin sosial vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün imkanlardan istifadə edilməsində problem yaradan halları açıb göstərdi və xalqın mənafeyini hər şeydən üstün tutmağa çağırış etdi: “İqtisadiyyatla bilavasitə məşğul olan şəxslər öz üzərilərinə düşən vəzifələri ciddi şəkildə, qətiyyətlə yerinə yetirməlidirlər, - axı onlar siyasi məsələlərlə, müharibə məsələləri ilə məşğul olmurlar. Təəssüf ki, biz buna hələ nail olmamışıq...

İndi iqtisadiyyatımızda vəziyyət nə qədər ağır olsa da, xalqın sosial vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün imkanlarımız var. Lakin bu imkanlardan istifadə etmək üçün vəzifəli şəxslər, nazirlər, idarə rəhbərləri, müxtəlif rəhbər işçilər, o cümlədən şəhər, rayon icra hakimiyyəti başçıları gərək doğru-düzgün, ədalətli yollarla getsin, düz işləsin və xalqın mənafeyini, respublikanın mənafeyini hər şeydən üstün tutsunlar”.

Həmin dövrdə ordu quruculuğu bir nömrəli məsələ kimi gündəmdə idi. Müstəqil respublika üçün güclü ordunu vacib hesab edən Ulu Öndər deyirdi: “Bu gün, torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava və su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Dünyada heç bir müstəqil dövlət ordusuz yaşaya bilməz, xüsusən də yenicə müstəqillik qazanmış və belə mürəkkəb regionda yaşayan Azərbaycan dövləti. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur”.

Bugünkü Azərbaycan Ordusu Heydər Əliyevin vaxtilə arzuladığı, görmək istədiyi ordudur. Məhz bu ordu 30 illik işğala son qoydu, Qarabağda üçrəngli bayrağımızı ucaltdı, bizi qalib xalqa çevirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var